Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İcra başçısı vətəndaşın evini sökdürüb, özünü də həbs etdirdi - FOTOLAR

 

 

Yasamalın icra başçısı vətəndaşın evini sökdürüb, özünü də həbs etdirdi - REPORTAJ, FOTOLAR
Bu gün “Sovetski”də tarixi abidə kimi tanınan binalardan biri Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb.
Xeberinfo.com: İcra nümayəndələri söküntüyə başlamaq istəyərkən mənzil sahiblərinin müqaviməti ilə üzləşiblər.
 
  Qeyd edək ki, Abbas Mirzə Şərifzadə küçəsi 45 ünvanında yerləşən tarixi binanın sökülməsi haqqında dəfələrlə mətbuatda yazılar dərc olunsa da, heç bir nəticəsi olmayıb. Daha öncə də bir neçə dəfə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən aparılan pərakəndə söküntü işləri mənzil sahiblərinin etirazına səbəb olmuşdu.
Bu gün isə yenidən sözügedən binanın bir hissəsini sökərkən  sakinlərdən Faiq Əliyevə məxsus mənzilə ziyan dəyib.
Sakinlərin şikayətləri əsasında musavat.com-un müxbiri adıçəkilən ünvanda olub və mənzil sahiblərinin gileyini dinləyib.  Sakinlərin əsas tələbi onların razılığı olmadan və kompensasiya verilmədən binanın sökülməməsidir.
Polis əməkdaşları və icra nümayəndələri ilə camaat arsında mübahisə yaşanıb. Bu zaman evi zədələnən Faiq Əliyev saxlanılıb, Yasamal RPİ-nin 26-cı bölməsinə aparılıb. Onun icra hakimiyyəti başçısını təhqi etdiyi üçün saxlanıldığı deyilir.
Faiq Əliyevin həyat yoldaşı Esmira Əliyeva musavt.com-a söküntü işlərinin pərakəndə aparıldığını deyib: “ Günorta saatlarında yenidən söküntü işlərinə başlanıldı. İcra nümayəndələri göstəriş verdilər ki, ağır texnikalar vasitəsilə bina uçurulsun. Evin əsas sütununu dağıdıblar. Artıq içəridən bayır görsənir. Ev toz-torpaq içindədir. Otağın birini tamamilə yerlə-yeksan ediblər”.
Faiq Əliyevin oğlu deyib ki, söküntü zamanı təhlükəsizlik tədbirləri görülməyib: “Həmişəki kimi heç bir təhlükəsizlik tədbiri aparmadan söküntüyə başladılar. Atam buna etirazına bildirdiyinə görə, polis əməkdaşları tərəfindən saxlanıldı. Bir qədər öncə atam zəng edib dedi ki, 26-cı polis bölməsindədi. İcra nümayəndələri iddia edirlər ki, guya atam Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyevi təhqir eləyib. Buna görə məhkəməyə veriləcək. Bir sözlə, müxtəlif bəhanələrlə istəklərinə çatmaq istəyirlər”.
Qeyd edək ki, iyunun 16-da “Sovetski”də daha bir sakinin evini xəbərdar etmədən söküblər. İcra nümayəndələri Nəriman Nərimanov prospekti 22,  dalan 2 ünvanında yaşayan Toğrul Cəfərov adlı sakinə məxsus  evi  uçurublar. Deyilənə görə, T.Cəfərova heç bir kompensasiya verilməyib.
 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam