Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Sovetski”də daha bir qalmaqal

 

Yasamal Rayon İcra Hakimiyyətinin işçiləri Bakının “Sovetski” adlanan ərazisində daha bir evi ailənin başına uçurublar.
    "Xeberinfo.com": Bu barədə AzNews.az-a məlumatı evi uçurulan şəxs - Əbdül Qafarov 84/09-da yaşayan Yaqut Qafarova özü verib: “Bu gün səhər icra hakimiyyətinin nümayəndələri evimin tavanı başımıza uçurublar. Qızımla evdə yatmışdıq. Birdən İcra Hakimiyyətinin nümayəndələri evimizə gələrək qapımızı döyüb mənzilə daxil oldular. Bildirdilər ki, niyə bu vaxtı yatmısınız. Sonra bizdən 15 kvadratlıq mənzilimin pulunu verib evdən çıxmağımı tələb etdilər. Mən isə bu məbləğlə heç zaman razılaşmayacağımı dedim. Daha sonra məni hədələdilər və bildirdilər ki, görərsən sənin başına nə oyun açarıq”. 
   Şikayətçi xanım vurğulayıb ki, daha sonra icra hakimiyyətinin fəhlələri evin ikici mərtəbəsində olan, başqasına məxsus evi sökməyə başlayıblar. Bu zaman şikayətçinin evinin tavanı uçub və mənzil yararsız vəziyyətə düşüb: “Evim xarabalığa çevrildi. Mən buna etiraz olaraq müvafiq qurumlara müraciət etdim. Bir az keçdikdən sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bir qrup nümayəndə ilə mənzilimə gələrək mənimlə söhbətləşdilər. Mənə ilk öncə mənzilinin təmir olunması təklifini etdilər və mən buna razılıq vermədim. Daha sonra 32 min manat pul təklif etdilər. Mən yenə də bununla heç zaman razılaşmayacağımı dedim. Axı mən 32 min manata harada mənzil ala bilərəm? Boş-boş danışırlar və özləri də bilirlər ki, bu, mümkün deyil. Hazırda çox pis vəziyyətdəyik. Bizə təzyiq olunur. Xahiş edirik bizə kömək olunsun”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam