Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir qurumda ciddi nöqsanlar

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında Sahibkarlara Kömək Milli Fondunun (SKMF) vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlilin nəticələri müzakirə edilib.

 

Xeberinfo.com:   Fəaliyyət istiqaməti üzrə məsul auditor M. Əlişanova bildirib ki, dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi məqsədilə vəsaitlərin ayrılması ilə əlaqədar fondun müvafiq qaydada proqnoz göstəriciləri barədə təqdim etdiyi məlumatlar tam əhatəli olmayıb, müvəkkil kredit təşkilatları tərəfindən müqavilə şərtlərinə bəzi hallarda riayət edilməyərək kredit, faiz və cərimə məbləğlərinin fondun hesabına vaxtında tam ödənilməsi təmin edilməyib.

Eyni zamanda bir sıra hallarda iqtisadiyyatın bu və ya digər sahələrinin inkişafı ilə bağlı nəzərdə tutulan konkret layihələrin Fondun vəsaiti hesabına maliyyələşdirilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulan müsabiqələr keçirilməyib, ayrılmış vəsaitlərin təyinata uyğun istifadə olunması məqsədilə müvəkkil kredit təşkilatları tərəfindən aparılmış monitorinqlər nəticəlilik və əhatəlilik baxımından tam yetərli olmayıb. 

Təhlil zamanı Fond qarşısında öhdəliyi yaranmış müvəkkil kredit təşkilatları üzrə risk dərəcələrini və xüsusi meyar göstəricilərini özündə təfsilatı ilə əks etdirən nəzarət mexanizminin hazırlanmasının, idxal asılılığı olan məhsullar üzrə nümunəvi layihələrin hazırlanaraq sahibkarlara təqdim edilməsi və onun təşviq edilməsi istiqamətində əməli tədbirlərin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Hesablama Palatasının Kollegiyası analitik təhlilin nəticələrini müzakirə edərək aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib və həmin qərar icra üçün İqtisadiyyat və Sənaye Nazirliyinə və SKMF-na göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam