Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Klinika rəhbəri tutuldu

 

Bakıda “Lazer Med” klinikasının sahibi olan həkim saxlanılıb.

Xeberinfo.com:   Bu barədə məlumat verən vəkil Cavid Rzazadə bildirib ki, bu gün Səbail rayon Polis İdarəsinin 41-ci polis bölməsinin əməkdaşları “Lazer Med” klinikasının sahibi Mehparə Məmmədovanı saxlayıblar.

Onun sözlərinə görə, M. Məmmədova ilə birlikdə Daxili İşlər Nazirliyinə gedən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar: “Ötən il 29 dekabr tarixində Mehparə Məmmədova mənə müraciət etdi ki, barəsində Daxili İşlər Nazirliyinə şikayət daxil olub. Biz də müqavilə bağladıq. 30 dekabrdan may ayına qədər bir dəfə dindirmə və üzləşmə olub. Fəyyaz Məmmədov adlı şəxs Mehparə Məmmədovadan şikayət edib. Fəyyaz Məmmədov dələduzluq cinayətinə görə 6 il 6 ay azadlıqdan məhrum edilmiş bir şəxsdir. O, Mehparə xanımın sahibi olduğu və Bakıda 2014-cü ilə qədər fəaliyyət göstərən “Lazer Med” klinikasını almaq istəyib. Bunun üçün Mehparə xanıma 50 min manat beh verib. Lakin sonradan klinikanı ala bilməyib. Sonradan həmin pulu geri tələb edib. Fəyyaz Məmmədov Mingəçevirdə qeydiyyatda olduğu üçün biz də Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişik ki, həmin beh məbləği Mehparə xanımda qalsın. 23 may 2016-da ildə məhkəmə qətnamə çıxardı ki, məbləğ Mehparə xanımda qalsın və dəymiş maddi ziyana görə Fəyyaz Məmmədovdan 4 min manat məbləğində pul tutulsun. Həmin qətnamə çıxanda Fəyyaz Məmmədov Mehparə xanımın axtarışda olması barədə qətnamə olduğunu bildirdi. Biz bundan xəbər tutan kimi Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və müstəntiqə müraciət etdik ki, nə vaxt çağırsalar gələ bilərik. Ötən gün səhər saat 11-dən saat 16-ya qədər Daxili İşlər Nazirliyində olduq. Müstəntiqə zəng etdik ki, axtarış qərarı varsa, biz burdayıq. Sonra görüşməyimizi bu günə saxladılar. Bu gün saat 14-də nazirliyə getdik. Orada 41-ci polis bölməsinin əməkdaşları gəldilər və bizi bölməyə apardılar. Məni bayıra çıxardılar, Mehparə xanımı isə tutdular. Bununla bağlı Ombudsman Aparatının qaynar xəttinə və Baş Prokurorluğun qaynar xəttinə müraciət etdim. Tutulma olanda protokol tərtib olunmalı, mən orada iştirak etməli idim".

Vəkil onu da qeyd edib ki, M. Məmmədova barəsində axtarış qərarı 11 may 2016-c il tarixində çıxarılıb: “Həmin gün işi aparan müstəntiqlə Mehparə xanımın telefon əlaqəsi olub. Bizdə səs yazısı var. Müstəntiq ona axtarışda olması barədə hər hansı məlumat verməyib”. 

APA.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam