Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Hüquq müdafiəçisi “Bandotdel”ə çağırıldı

 

Daxili İşlər Nazirliyi “Sumqayıt gənclərinin hüquqi maarifləndirilməsi” İctimai Birliyinin sədri və “Yüksəliş naminə” on-line nəşrinin redaktoru Elçin Məmmədin dünən DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə çağırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

 

"Xeberinfo.com":   Məlumata görə, DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, bəzi mətbuat orqanlarında Elçin Məmmədin avqusun 4-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılması barədə məlumat yayılıb:

"O, mətbuata açıqlamasında qeyri-səmimilik göstərərək polisə dəvət olunmasının səbəbi kimi, guya özünün ictimai-siyasi fəaliyyətini göstərməklə yalan danışıb. E.Məmmədin polisə dəvət olunmasının və ölkədən çıxışına məhdudiyyət qoyulmasının əsl səbəbi heç də özünün iddia etdiyi kimi onun QHT rəhbəri kimi fəaliyyətilə bağlı deyil. Bunu onun özü də yaxşı bilir, çünki polisə dəvət olunanda çağrılmasının səbəbini ona ətraflı izah ediblər. Səbəb isə E.Məmmədin Beynəlxalq Bankdan götürdüyü və ödəmədiyi pul kreditidir. O, öhdəliyinə əməl etməyərək götürdüyü krediti banka qaytarmır və qaytarmaq da istəmir. Ona izah olunub və tələb edilib ki, bankın kreditini götürdüyü öhdəliyə uyğun ödəməlidir. Bu xəbərdarlıqdan sonra, o, sərbəst buraxılıb.

Orada ona guya psixoloji təzyiq göstərilməsi barədə dedikləri də ağ yalan və uydurmadır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam