Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda dəhşət: Tələbə özünü universitetin binasından atdı

bitmap-img6


Mədəniyyət və İncəsənət Universitetində intihara cəhd hadisəsi qeydə alınıb

 

Xeberinfo.com:   Aznews.az-a istinadən xəbərə görə, sözügedən təhsil müəssisəsinin "Kulturologiya" fakültəsinin 3-cü kurs tələbəsi özünü 2-ci mərtəbədən atıb. Hadisə nəticəsində sağ qalan tələbə başından ağır travma alaraq xəstəxanaya yerləşdirilib. İntihara cəhd olayının arxasında bəzi müəmmaların dayandığı bildirilir. Belə ki, guya həmin tələbə sevdiyi qızdan "yox" cavabı alıb. Buna görə də o, yaşamaq istəməyib. Bu üzdən də intihar etmək istəyib. 
Başqa bir mənbə isə tələbənin kəsirlərinin olduğunu və buna görə tələb olunan "haqqı" ödəyə bilmədiyindən intihara əl atdığını deyir. 
Mədəniyyət və İncəsənət Universitetindən isə AzNews.az-a hadisənin tamam "başqa səbəbdən" baş verdiyi deyilib: "Heç bir intihar söhbəti yoxdur. Həmin tələbə əyilib ki, "selfie" çəkdirsin, ayağı burxulub və yıxılıb. Bir gün xəstəxanada qalıb, başına tikiş atıblar, hazırda evdə müalicə olunur. İntihar etmək istəyən tələbə özünü ikinci deyil, beşinci mərtəbədən atar". 
Qeyd edək ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma başlanılıb. Prokurorluqdan belə bir hadisənin baş verdiyini təsdiqləsələr də, əlavə məlumat verilməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam