Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Polkovnik təhqir etdi: Leytenant özünü güllələdi

 

Müşfiqabad qəsəbəsindəki N saylı hərbi hissənin tağım komandiri, leytenant Ədalət Qasımovun intihara cəhd etməsinin səbəbi məlum olub.


Xeberinfo.com:  Məlumata görə, hadisə baş verən gün hərbi hissəyə yoxlama heyəti gəlib. Yoxlama aparan polkovnik Etibar Əsgərov leytenantı şəxsi heyətin qarşısında nalayiq ifadələrlə təhqir edib. Hadisə də bu təhqirlərə görə baş verib. Belə ki, əsgərlər qarşısında aşağılanan zabit hamının gözü qarşısında üztündəki silahla özünü boğazından güllələyib. Dərhal hərbi hospitala çatdırılan zabitin həyatını xoşbəxtlikdən xilas etmək mümkün olub. Amma hərbiçi hazırda komadadır və vəziyyəti ağır qiymətləndirilir. AzNews.az-ın əldə etdiyi məlumata görə, Ədalət Qasımov 5 il Türkiyə Hərbi Akademiyasında təhsil alıb, tabeliyindəki əsgərlərə qarşı həmişə hüksək mədəniyyətlə davranıb. 

Araşdırma zamanı məlum olur ki, polkovnik Etibar Əsgərov isə zabitlərə və əsgərlərə qarşı həmişə qəddar davranıb, onları ən ağır ifadələrlə təqir edib. Hətta buna görə, keçmiş Müdafiə naziri Səfər Əbiyev onu bir neçə dəfə tutduğu vəzifələrindən azad edib. Sabiq nazir hətta onu şəxsi heyyat qarşısına çıxmağı da qadağan edib. Lakin nazir dəyişəndən sonra o, yenidən fəallaşıb və mövqelərini bərpa edə bilib. Bu işdə ona yaxın münasibətləri olan general Rövşən Əkbərov kömək edib. Məlumata görə, polkovniklə general tələbə yoldaşı olublar. 

AzNews.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam