Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Eurovision”un yarımfinalından sonrakı mətbuat konfransında “bayraq”qalmaqalı - VİDEO

 

 

İTV-nin baş direktorunun müavini: “Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir və heç bir dövlət onun müstəqilliyini tanımır”

Xeberinfo.com:   “Eurovision-2016” mahnı yarışmasının ilk yarımfinal mərhələsindən sonra mətbuat konfransı keçirilib. Finala vəsiqə qazanan 10 ölkə təmsilçisi jurnalistlərin suallarına cavab verib.
Müsabiqə ilə bağlı təəssüratlarını bölüşən Azərbaycan təmsilçisi Səmra Rəhimli özünü xoşbəxt hiss etdiyini bildirib: “Çox şadam ki, ölkəmi bu müsabiqədə təmsil edirəm. Bu mənim arzum idi. Mənə səs verən, dəstək olan hər kəsə təşəkkür edirəm. Hisslərimi dilə gətirmək çətindir”.
Konfransda iştirak edən İTV-nin baş direktor müavini Şaiq Məmmədov Səmranı ilk yarımfinal mərhələsində  qazandığı uğur münasibəti ilə təbrik edib.
İşğalçı Ermənistan tərəfinin növbəti dəfə təxribata əl ataraq qondarma Dağlıq Qarabağın “bayrağ”ının səsvermə zamanı qaldırılmasına sərt reaksiya verən Ş.Məmmədov ermənilərin qurumun qanunlarını kobud şəkildə pozduğunu,  Azərbaycanın ərazisindəki tanınmamış, qondarma “respublikaya” aid olan “bayrağ”ın böyük bir yarışmada dalğalandırılmasının isə qurum adına bir ləkə olduğunu qeyd edib.
“Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir və heç bir dövlət onun müstəqilliyini tanımır”.  O “Eurovision-2016” komitəsinin bu təxribata qarşı ciddi ölçü götürəcəyinə inamını ifadə edib.
Bayrağın dalğalandırılmasına icazə verən Eurovision rəsmiləri isə bu dəfə İctimai TV-nin Baş Direktorunun müavininin sözünü kəsməyə cəhd ediblər. Lakin Şaiq Məmmədov Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu, ermənilərin isə işğalçı siyasət yeritdiyini dönə-dönə qeyd edib. Baş direktor müavininin bu çıxışı alqışla qarşılanıb.
Aprelin 29-da Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlamışdı.
Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları yer almışdı.
Qeyd edək ki, Amir Ali, Jeyk Erikson, Henrik Vikstromun müəllifi olduğu “Miracle” mahnısı ilə ölkəmizi təmsil edən Səmra finalın birinci hissəsində çıxış edəcək. “Bir araya gələk!” şüarı ilə keçirilən müsabiqənin ikinci yarımfinalı mayın 12-si saat 23:00-da, final isə mayın 14-ü saat 23:00-da yayımlanacaq.(Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam