Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

XİN-dən “Eurovision”dakı erməni təxribatına cavab

 

Azərbaycan Xarici İşlər Nazirliyi də Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı Iveta Mukuchyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını yarışmanın keçirdiyi məkana gətirməsinə münasibət bildirib.

 

Xeberinfo.com:  XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə Təşkilat Komitəsi məsələni araşdırır:

“Bu məsələ Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də araşdırılacaq. Daha sonra bununla bağlı müsabiqənin təşkilat komitəsinə müraciət ediləcək. Göründüyü kimi Ermənistan “Eurovision” mahnı yarışmasında da təxribata əl atıb. Mahnı müsabiqəsinin platformasından istifadə edərək Azərbaycanın işğal altındakı torpaqlarında elan edilən qondarma rejimi təşviq edir. Ermənistanın bu cəhdləri yarışmanın təməl prinsiplərinə, ideyalarına ziddir”.

Qeyd edək ki, faktla bağlı müsabiqənin prodüseri Sven Stojanovic jurnalistlərə bildirib ki, erməni ifaçının bu bayrağı zala gətirməsi qanunsuzdur və məsələ ilə bağlı Avropa Yayımları Birliyi araşdırma aparacaq.

Ermənistanın yarışmada təmsilçisi olan İveta Mukuchyan isə bu addımı nədən atması ilə bağlı xarici jurnalistlərin suallarını belə cavablandırıb:

“Mən bu sualı gözləyirdim, lakin gəlin unutmayaq ki, mən öz ölkəmi təmsil edirəm və mənim hisslərim, ürəyimin hər anı ona həsr olunub. Mən bütün dünyaya bəyan etmək istəyirəm ki, öz sərhədlərimizdə ancaq sülh istəyirəm, Ermənistan sülh istəyir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam