Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycan 8-9 mayda hücuma başlaya bilər”

img2045906
“Dağlıq Qarabağın tanınması birmənalı olmayan nəticələrə gətirə bilər”. 
Xeberinfo.com:  Musavat.com-un məlumatına görə, bu barədə erməni diplomat Armen Navasardyan bildirib. Onun sözlərinə görə, bununla belə, hərbi əməliyyatların bərpası mümkünlüyünü tanınma ilə əlaqələndirmək olmaz.
Navasardyan beynəlxalq diplomatik praktikada tanınmamış qurumların tanınması nümunələrini yada salaraq deyib: “Bunlar Cənubi Osetiya, Abxaziya, Şimali Kiprdir. Ancaq onların tanınması ilə situasiya dəyişməyib”.
“Beynəlxalq güclərin reaksiyasını nəzərə alsaq, bu qənaətə gəlmək olar ki, Moskva tanınma prosesinə dəstək vermir, ABŞ susur, Türkiyə isə məsafə saxlayır. Azərbaycan hərbi əməliyyatlara başlaya bilər – o cümlədən də 8-9 mayda. Ancaq bu, Qarabağın tanınması ilə əlaqədar deyil” – erməni diplomat vurğulayıb.
“Dağlıq  Qarabağı çoxdan tanımaq lazım idi. O zaman bu qədər qan yəqin ki, tökülməzdi. İndi isə bunu danışıqlar prosesinə daxil eləmək lazımdır ” – Navasardyan əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam