Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

ANAMA: 6 ədəd partlamamış hərbi sursat aşkar edilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Füzuli, Ağdam, Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

Xeberinfo.com:   Agentlikdən verilən məlumata görə, iyunun 6-da 3 ev və həyətyanı sahə, 5 əkin sahəsi, 12 partlayış yeri, 6 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik top mərmisinin partladıcısı, 2 ədəd 152 mm-lik top mərmisi və 2 ədəd 9M22U raketinin ("Qrad") mühərrik hissəsi aşkar olunaraq götürülüb və gün ərzində 19 770 kv. m ərazi təmizlənib.

 

Tərtər rayonu

Şıxarx kəndi - 2 ev və həyətyanı sahə və 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 10 000 kv. m ərazi yoxlanıb.

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib və 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik top mərmisinin partladıcısı və 2 ədəd 9M22U raketinin ("Qrad") mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 6 000 kv. m ərazi yoxlanıb.

 

Ağdam rayonu

Zəngişanlı kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 2 000 kv. m ərazi yoxlanıb.

 

Füzuli rayonu

Horadiz şəhəri – 3 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 770 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-dən iyunun 6-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 580 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 504 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam