Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısının müavinləri arasında "razborka"

 

Sabunçu İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə birinici müavini və dostu Şakir Alıyev dostluğuna, ortaqlığına digər müavini Arzu Məmmədova son qoyub


"Xeberinfo.com": Xanım müavin apardığı araşdırmalarda Şakir Alıyevin Savalan, Pirşağı, Ramana və Kürdəxanı qəsəbələrində Adil Vəliyevdən gizli topraq satışı və ev tikintisi icazələri verməsini üzə çıxardıb.

Sabunçu rayon icra başçısı Adil Vəliyevin keçmiş müavini dostu və ortağı Şakir Alıyevlə münasibətlərinin “korlanması” məsələsi ilə bağlı AzFakt.com-a ilginc informasiya daxil olub. Məlumat verən etibarlı mənbə bildirir ki, icra başçısı ilə müavini arasındakı insdentin əsl səbəbkları əslində Adil Vəliyev tərəfindən müavin vəzifəsinə gətirilən Arzu Məmmədova olub. Belə ki, Arzu Məmmədova vəzifəyə təyin olunan kimi Adil Vəliyevin keçmiş müavini haqqında araşadırmalara başlayıb. 


Məlumata əsasən xanım müavin apardığı araşdırmalarda Şakir Alıyevin Savalan, Pirşağı, Ramana və Kürdəxanı qəsəbələrində Adil Vəliyevdən gizli topraq satışı və ev tikintisi icazələri verməsini üzə çıxardıb. 

İnformasiya mənbəmiz qeyd edir ki, Arzu xanım Şakir Alıyevin icra nümayəndələri və bələdiyyə sədrləri ilə birlikdə gizli işlərini bütün detalları ilə Adil Vəliyevə məruzə edib. Bundan sonra Adil Vəliyev gizli torpaq alveri ilə bağlı Şakir Alıyevdən hesabat tələb edib. Ancaq Şakir Alıyev icra başçısına gizli şəkildə həyata keçirdiyi torpaq alverinin hesabatını verə bilməyib. Məhz bundan sonra Adil Vəliyev dostu və biznes ortağı olan Şakir Alıyev haqqında qəti qərar verib. 

Mənbəmiz iddia edir ki, Arzu Məmmədovanın apardığı “araşdırmada” Şakir Alıyevin icra başçısına nə az nədə çox təxminən 1,2 milyon manata yaxın vəsait «atdığı» üzə çıxıb. 

Qeyd edək ki, mənbə Adil Vəliyevlə Arzu Məmmədova münasibətlərinin necə yaranmasını və xanım müavinin icra hakimiyyətindəki bir çox işçiləri necə uzaqlaşdırması ilə bağlı redaksiyamıza verdiyi ilginc məlumatları növbəti günlərdə oxucularımıza təqdim edəcəyik.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam