Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kiyev Azərbaycan icmasının rəhbərini casusluqda ittiham edir

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krım azərbaycanlıları icmasının rəhbəri Rəhim Hümbətovu, krım-tatar xalqının lideri Mustafa Cemilev ilə birgə Türkiyənin maraqlarını qorumaq üçün Ukraynanın daxili maraqlarına zidd fəaliyyətdə ittiham edir.

Xeberinfo.com:  Ukrayna KİV-nə istinadən xəbərə görə, UTX-nın bu barədə müvafiq sənədləri internetdə yayılıb.

Bu sənədlərə görə, Ukrayna xüsusi xidmət əməkdaşları uzun müddət Məclisin lideri Mustafa Cemilevin fəaliyyətini müşahidə edib və onun türk kəşfiyyatına işlədiyi, milli təhlükəsizlik üçün təhlükə doğurduğu qərarına gəliblər.

Təhlükəsizlik xidməti hesab edir ki, bu məxfi materiallar Cemilevin “nüfuzlu türk xüsusi xidmətlərinin” casusu olmasından şübhələnməyə əsas verir. Əsas isə onun və Krımın Azərbaycan diasporunun lideri Rəhim Hümbətovun 2013-cü ildə Krım Muxtar Respublikasının Ali Radasında “1915-ci ildə Türkiyədə erməni soyqırımının” tanınmasına dair qanun layihəsini fəal şəkildə blok edilməsinə çalışmaları və 1944-cü ildə Krım türklərinin deportasiyasının soyqırım olduğunu etiraf edilməsini irəli sürmələridir.

Krımdakı Azərbaycan diasporunun rəhbəri Rəhim Hümbətov öz növbəsində bütün ittihamları təkzib edib.

Diasporun rəhbəri bildirib ki, bu sənədlərdəki çıxarışlar əsassızdır.

R.Hümbətov bunun ona qarşı təxribat olmasını da istisna etmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam