Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Krımda tatarlara qarşı repressiya başladı

 

 

Rusiya tərəfindən ələ keçirilən Krımın tatar icmasının lideri Mustafa Cəmilov soydaşlarına qarşı repressiyaların başlandığını bəyan edib. 

"Yenieber.info": Məlumata görə, M. Cəmilov bu barədə Ukraynanın “5-ci kanal”ının efirində danışıb. O deyib ki, artıq Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları açıq şəkildə məscidlərə gəlir və tatar din xadimlərinə nəzarət edirlər: “Onlar ibadət edənlərin dini etiqad dərəcəsini müəyyən edir və bu insanlar avtomatik İslam radikalları kateqoriyasına daxil edilir”. 

M. Cəmilov qeyd edib ki, ötən gün Krım Tatar Xalq Məclisinin binasından qurumun bayrağı zor gücülə çıxarılıb: “Bu zaman Rusiya dövlət qurumlarının əməkdaşları kobud, ədəbsiz hərəkətlər ediblər. Qadınların qollarını burub, bir gənci isə döyüblər. Bütün bunlar represiyanın göstəriciləridir”. 

Xatırladaq ki, daha əvvəl isə M. Cəmilov bildirmişdi ki, Muxtar Respublikada yaşayan və Rusiya vətəndaşlığından imtina edən Krım tatarlarını işlərindən qovurlar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam