Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bələdiyyə sədri və memar vəzifəsini itirdi

y6

 

Xətai bələdiyyəsinin sədri Teymur Məmmədov vəzifəsini tərk edib.

Xeberinfo.com:  28 mart 2016-cı il tarxində keçirilən bələdiyyə iclasında sədrin istefa ərizəsi qəbul edilib. Həmin iclasda keçmiş sədrin bələdiyyə üzvlüyünə xitam verilməsiylə bağlı da Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi qərara alınıb.
Səbəb kimi Teymur Məmmədovun səhhətinin qənaətbəxş vəziyyətdə olmaması göstərilir.
Hazırda sədrin səlahiyyətləri sədr müavini Əliyar Əliyevə həvalə edilib. Belediyye.info daxil olan məlumatda bildirilir ki, sədrin istefası hec də T. Məmmədovun səhhətiylə bağlı deyil.
Belə ki, onunla eyni gündə rayon memarı Xətai Rayon İcra Hakimiyyəti başçısının sərəncamıyla tutduğu vəzifədən azad edilib. Hər iki məsul vəzifəli şəxsin eyni gündə vəzifəsini itirməsi rayon ərazisində qanunsuz torpaq satışıyla bağlı olduğu deyilir.
Xatırladaq ki, Teymur Məmmədov 2014-cu ilin dekabrında bələdiyyə üzvü, 2015-cu ilin yanvar ayından isə bələdiyyə sədri vəzifəsinə seçilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam