Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Nardaranda növbəti həbs dalğası: çox sayda saxlanılan var

 

"Bu, Nardarana qarşı təxribatdır və tezliklə bunun üstünün açılmasını istəyirik".

Xeberinfo.com:   Bunu Nardaran ağsaqqalı Hacıağa Nuri martın 1-i səhər saatlarında kəndin küçələrindən birinə «Əli, Hüseyn, Allahu Əkbər!» şüarlarının yazılması ilə bağlı bildirib. 

«Özü də yarı kiril, yarı latın əlifbası ilə, qaçaraq şəkildə yazılan bir şüardır. Mən bunu ancaq təxribat adlandırıram. Nardarandakı güc strukturlarına müraciət etmişik ki, bunun üstünü açsınlar. Bunu kimsə kənardan edib, kənddə qarşıdurma yaratmaq istəyirlər», - deyə H.Nuri baş verənləri dəyərləndirib.

Azadlıq Radiosu  xəbər verir ki, Nardaran ağsaqqalı kəndin hələ də güc strukturlarının nəzarətində olduğunu deyib. Bu baxımdan da baş verənlərin «kənar iz» olduğunu düşünür.

Hacağa Nurinin deməsinə görə, bu məsələ ilə bağlı 30-a yaxın şəxs saxlanılıb. Onlardan 10 nəfərə qədər şəxsə inzibati cəza verilib. Qalan şəxslər martın 1-i axşam saatlarında sərbəst buraxılıblar. 

Kənddə görülən işlərdən danışan H.Nuri bildirib ki, İmam Hüseyn meydanından «Nardaran Piri»nə gedən 1 km-lik yolun çəkilişinə başlanıb.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirilib.

Bu əməliyyat nəticəsində 2-si polis, 5-i mülki şəxs olmaqla 7 nəfər həlak olub. «Müsəlman Birliyi» Hərəkatının sədri Tale Bağırzadə və daha 14 nəfər həbs edilib. Həbslər sonrakı günlərdə də davam edib. Həmin vaxt Nardaran küçələrindəki bütün dini şüarlar pozulub.

Prokurorluğun məlumatında bildirilir ki, hazırda «Müsəlman Birliyi» Hərəkatı ilə bağlı olan 68 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa maddələrlə ittiham irəli sürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam