Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Səid Nuri ölkədən çıxarılır

 

   Azərbaycanlı mühacir, ABŞ vətəndaşı Səid Nuri Azərbaycandan çıxarıldığını bildirir. Bu haqda o, özünün «facebook» səhifəsində yazıb.

   "Xeberinfo.com": Səid Nuri növbəti statusunda yazır ki, artıq o, hava limanındadır və 7 nəfər onu müşayiət edir. Onun ölkədən çıxması üçün gecəyarısına kimi vaxt qoyulub. 

Səid Nurinin telefonlarına zəng çatmadığından əlavə məlumat almaq mümkün olmayıb. Onun vəkili Yalçın İmanov da məsələdən xəbərsiz olduğunu bildirib.

***

Keçmiş müxalifət fəalı, hazırda ABŞ vətəndaşı olan Səid Nuri İnternetdə onun intim həyatı haqqında video və fotomateriallar yayılmasını Azərbaycan hakimiyyətinin ona qarşı “çirkin kampaniyası” adlandırıb.

S.Nurinin bununla bağlı heç bir narahatlığı yoxdur. “Ötən ilin may ayında mən rəfiqəmlə Azərbaycana gəlmişdim. Bizim münasibətlərimiz sirr deyildi. Görünür, hakimiyyət bu yolla mənə təzyiq göstərməyi qərara alıb”, - deyə Nuri facebook səhifəsində yazıb.

“Turan İA”-nın müxbiri ilə söhbətində o bildirib ki, kadrlar İçəri Şəhərdəki otellərdən birində çəkilib.

Bununla belə, Nuri onun adından bu kadrların guya Moskvada çəkilməsi və bunun arxasında Rusiya xüsusi xidmətlərinin durması haqqında KİV-ə göndərilmiş məlumatları təkzib edib. “Bütün bunlar yalandır”, deyə o bildirib.

Xatırladaq ki, xəstə atasına baş çəkmək üçün Bakıda olan Nuri bir həftə əvvəl ölkədən buraxılmayıb. Sonradan prokurorluq Nurinin bir sıra QHT-lərə qarşı cinayət işi üzrə şahid qismində keçdiyini və ifadə verməli olduğunu bildirib.

Nurinin bu işə necə aidiyyatı ola biləcəyi aydın deyil, çünki o, artıq 8 ildir ki, ABŞ-da daimi yaşayır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam