Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ana oğlunu öldürən ərini bağışladı -“İkisi də içən idi...”

 

Gədəbəyin Slavyanka kəndində oğlunu öldürməkdə ittiham olunan atanın məhkəmə araşdırması sona çatıb.

Yenixeberorg.com-un məlumatına görə, məhkəmə istintaqı ilə atanın cinayəti sübuta yetirilib.

Bu hadisə 4 ay əvvəl baş verib. İttihamda yazır ki, 60 yaşlı İlqar İlyasov 37 yaşlı oğlu Rəşadı mübahisə zəminində qətlə yetirib.

Mübahisənin səbəbi isə həmin an sərxoş vəziyyətdə olan Rəşadın atasına işlədiyi halda qazanc əldə etməməsi ilə bağlı irad tutması olub. Oğlunun bu və başqa iradlarına dözməyən ata onu bıçaqlayaraq həyatdan məhrum edib.

Məhkəmədə qətlə yetirilən Rəşadı hüquqi varis kimi anası təmsil edib. Amma ana oğlunu öldürən ərini bağışlayıb, hakimlərə onunla barışdığını və heç bir şikayət və tələbi olmadığını deyib. Ananın sözlərinə görə, hadisədən bir müddət əvvəl oğlu ilə birlikdə Bakıda yaşayıblar. Rəşad əslində atasına göz-qulaq olmaq istədiyi üçün kəndə qayıdıbmış. Hüquqi varis ərinin oğlunu qəsdən öldürmədiyini, ata-bala ikisinin də spirtli içki içən olduqlarını, lakin bir-birilərini çox istədiklərini bildirib.

Məhkəmənin hökmü ilə oğlunun canını alan alan ataya 9 il həbs cəzası verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam