Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Eldar Mahmudovla quda olmağın səfasından cəfasınadək…

 

59461Ötən ilin 17 oktyabrında prezident İlham Əliyev tərəfindən vəzifəsindən qovulduqdan sonra ölkə mediasının əsas gündəmini zəbt edən Eldar Mahmudovla bağlı redaksiyamıza maraqlı informasiya daxil olub.

Xeberinfo.com:  Daha doğrusu, bu dəfəki məlumat şəxsən Eldar Mahmudovun törətdiyi hansısa qanunsuz əməldən ibarət deyil, sadəcə onunla qohum olduğuna görə “zibilə düşən” qudası haqqındadır.

 

Bildirilir ki, MTN şefi ilə qohum olanadək adi həkim olan Malik Abbasov Eldar Mahmudovla quda olduqdan dərhal sonra Səhiyyə Nazirliyində yüksək vəzifəyə təyinat alaraq həkimlərin attestasiya komissiyasına rəhbərlik edib.
Onun həyat yoldaşı Pəri Abbasova da 6 saylı şəhər poliklinikasında şöbə müdiri vəzifəsinə irəli çəkilib.
Eldar Mahmudovun kürəkəni Həmid Abbasov isə xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizdən birində çalışıb.
İndi Eldar Mahmudovun yaxın ətrafının çıxdaş edilməsi kampaniyası geniş vüsət aldığından onun qudasının vəziyyətinin heç də ürəkaçan olmadığı bildirilir. MTN şefi ilə qohum olanadək adi həkim ailəsi kimi xoşbəxt ömür sürən Abbasovlar indi onunla qohumluğunun səfasını tamam unudaraq cəfasını çəkməyə başlayıblar. Bu cəfanınsa nədən ibarət olduğunu sözlə ifadə etmək çətindir. İndi onları hansı mənəvi işgəncənin və məhrumiyyətlərin gözlədiyini təsəvvür etmək çətin deyil…

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam