Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“Azad Söz” facebook səhifəsinin admini həbs edilib

 

 

Atasının dediyinə görə, gənc fəalın cibinə və evinə narkotik maddə atıblar; hazırda Kürdəxanı təcridxanasında saxlanılır

 

Facebook sosial şəbəkəsindəki “Azad Söz” səhifəsinin admini olan Elvin Kərimov həbs edilib. 
   "xeberinfo.com": Bu barədə məlumat verən səhifənin digər admini, “Azadsoz.com” xəbər portalının təsisçisi və baş redaktoru Tural Sadıqlı məlumat verib: “Atasının dediyinə görə, Elvin Kərimov 18 yanvar 2014-cü il tarixdə işdən evə qayıdarkən, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları onu saxlayıblar və cibinə narkotik maddə ataraq, şərləyiblər. Sonra onu naməlum istiqamətə aparıblar. Daha sonra Elvinin ailəsi ilə birgə yaşadığı evə gəlib, ora da narkotik maddə atıblar. Evdəki kompüteri və Elvinə məxsus bir neçə digər elektron avadanlığı da özləri ilə aparıblar. Elvin Kərimov iki gün Milli Təhlükəsizlik Nazirliyində saxlanılıb və  yanvar ayının 20-də məhkəmənin 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərarı ilə Kürdəxanı təcridxanasına köçürülüb. Mən bu məlumatları Elvinin valideynlərindən yeni öyrənmişəm ”. 
 
Qeyd edək ki, 11000-dən çox izləyicisi olan “Azad Söz” səhifəsinin hazırda fəaliyyəti dayandırılıb. İqtidarın siyasətini sərt şəkildə tənqid edən bu səhifə 2 ildən çox idi ki, fəaliyyət göstərirdi. Səhifənin son paylaşmaları 20 yanvarda olub. 
      Tural Sadıqlı səhifənin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə alındığını ehtimal edir: “Mən 20 yanvarda səhifədə son paylaşmaları etdim. Lakin həmin gün axşam yenidən səhifəyə girmək istəyərkən, səhifədən çıxarıldığımı gördüm. Daha sonra Elvinlə əlaqə yaratmağa çalışsam da, müvəffəq ola bilmədim. Bu yaxınlarda isə valideynlərini axtarıb, tapdım və onlardan Elvinin internetdə hakimiyyəti sərt tənqid etdiyinə görə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edildiyini öyrəndim”.
 
      Tural Sadıqlı bildirir ki, hazırda onun həyatına qarşı ciddi təhlükə yaranıb və ən azından onun da həbs olunma ehtimalı var: Elvinin valideynlərini qorxudublar ki, mətbuata bu barədə heç bir məlumat verməsinlər. Mən Elvinin valideynləri ilə danışdıqdan sonra telefonuma gizli nömrədən zəng gəldi və mənə Elvinin həbs olunmağı barədə məlumatları gizli saxlamaq və fəaliyyətimi azaltmaq tələb olundu və bunları etməyəcəyim təqdirdə, Elvinin və başqa siyasi fəalların başına gələn ölüm və ya həbslərin mənim də başıma gələ biləcəyi bildirildi. Mən “siz kimsiniz” – deyə soruşduqda, mənə “Dostun Elvini tutanlarıq. Özünü yığışdırmasan, səni Elvindən ağır cəza gözləyir” – dedi və telefonu bağladı. 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam