Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Sabiq nazir hakimiyyət komandasını özünə necə tabe etdirib?

 

«MTN işi» ilə bağlı yeni sensasion məlumat

Xeberinfo.com:   Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və dəstəsinin hakimiyyət komandasını özlərinə necə tabe etmələri barədə redaksiyamıza maraqlı məlumat daxil olub.

Məlumatda deyilir ki, keçmiş MTN şefi və dəstəsi yüksək vəzifəli məmurlara verilən dövlət telefonları ilə (4 nömrə) yanaşı, “Azərcell”, “Bakcell” və “Azərfon”un məmurlara verdiyi paket nömrələri də dinləyirmiş. Bundan başqa bəzi məmurların kabinetlərinə dinləmə qurğuları qoyulubmuş. Məlumatda bildirilir ki, dinləmələr nəticəsində hansısa məmurun qanunsuz əməli üzə çıxanda MTN-in keçmiş rəhbərliyi dərhal bundan həmin vəzifəli şəxsə qarşı kompromat kimi istifadə edib. Beləliklə də həmin məmur MTN-in toruna düşüb.

Məlumatda deyilir ki, təkcə məmurlar deyil, deputatlardan MTN-dəki dəstənin tələsinə düşənlər var. Eldar Mahmudov və dəstəsi həmin məmur və deputatlardan öz maraqları üçün istifadə edib.

Məlumata görə, hakimiyyətdə əsas narahatlıq bu kompromatların ictimailəşə biləcəyindəndir.

Eldar Mahmudovun yaxın adamı kimi tanınan Akif Mustafayevin (“Akula Akif”) ölkəni tərk edərkən bu kompromatların böyük qismini özü ilə apardığı ehtimal olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam