Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MTN GENERALLARININ “İNTİHAR”ININ PƏRDƏARXASI

mtn-yeni

Bir neçə gün əvvəl MTN-in qanlı generalı Akif Çovdarovun intihara cəhd etdiyi barədə məlumat yayıldı.

Xeberinfo.com:   Lakin Ədliyyə Nazirliyi bu xəbəri təkzib etdi.

Bundan əvvəl isə MTN-in Anti-Terror Idarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Elçin Quliyevin istintaqı intiharla hədələdiyi barədə xəbər yayılmışdı. Bundan başqa, media keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun öldüyü barədə də məlumat yaymışdı. Lakin bu məlumatların heç biri təsdiqini tapmayıb.

Təhlükəsizlik üzrə ekspertlər hesab edir ki, belə xəbərlərin yayılması təsadüfi deyil. Onların məsələ ilə bağlı iki ehtimalı var. Birinci ehtimal məlumatların Eldar Mahmudovun şəbəkəsi tərəfindən yayıldığı barədədir. Ekspertlərin fikrincə, şəbəkə bu tip məlumatlarla hakimiyyətə təzyiq göstərməyi düşünə bilər: “Şübhəsiz ictimaiyyət onların intiharına birmənalı yanaşmayacaq. Onların öldürüldüyü barədə iddialar ortaya atılacaq. Hakimiyyətin hansısa sirləri gizlətdiyi barədə mülahizələr irəli sürüləcək və s. Bu da hakimiyyət üçün növbəti başağrısıdır”.

Ikinci ehtimal isə bu məlumatların hakimiyyət tərəfindən dövriyyəyə atılması barədədir.“Hakimiyyət MTN generalların istintaqa təzyiq etməsinə cavab olaraq belə bir addım ata bilər. Yəni, onlara göstərə bilər ki, hər an intiharla susdurula bilərsiniz. Lakin bu ehtimal bir qədər inandırıcı görünmür. Çünki intihar xəbərlərinə hakimiyyət dərhal reaksiya verir. Xəbərləri təkzib edir”, – deyə ekspertlər bildirir. (Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam