Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rövnəq Abdullayevdən itkilərlə bağlı açıqlama

Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı önəmli açıqlamalar... - FOTOLAR

"Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür"

 

Xeberinfo.com:   “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğınla bağlı Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev açıqlama verib.
R.Abdullayev ANS TV-yə bildirib ki, yanğın nəticəsində heç bir insan itkisi yoxdur.
O, deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
 
***21:00***
"Yanğın söndürülmək üzrədir. İşçilərin hamısı xilas edilib"
Bu barədə ANS PRESS-ə “Azneft” İstehsalat Birliyinin baş direktorunun müavini İkram Qurbanov açıqlama verib.
Onun sözlərinə görə, işçilərdən heç kim xəsarət almayıb: "Yanğın baş verən platformada 42 nəfərə yaxın işçi olub. Həmin işçilər kiçik qayıqlar vasitəsilə təhlükəli ərazidən uzaqlaşdırılıb. Külək və 8 metrə yaxın dalğa olduğundan gəmilər hadisə yerinə yaxınlaşmaqda çətinlik çəkir".
İ.Qurbanov bildirib ki, FHN-nin helikopterləri hadisə yerindədir
Rövnəq Abdullayev - ARDNŞ prezidenti
***20:23***
“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib.
SOCAR-dan verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarmış, nəticədə yanğın olub.
Ilk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır.
Lakin buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasisi ilə təxliyyə işləri həyata keçirilir.
Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.
Xəzər dənizində bu gün həmçinin güclü tufan “Neft daşları”nda qəzaya səbəb olub. ARDNŞ-dən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib. 
Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olub. 
Dənizdə operativ axtarış işlərinə başlanılıb. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və Samir Quliyev yedək gəmisi ilə davam etdirilir. Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır. 
Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Samir Quliyev yedək gəmisi

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam