Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Sabiq MTN-çilərin əsas işi kompromat yığmaq olub"

 

MTN-çilər kompromatları xaricə çıxara bilərmi?

Xeberinfo.com:   MTN işi ilə bağlı hakimiyyətin daha qəti addımlar atmaması bir sıra səbəblərlə izah edilir. Məsələn, sahibkarlara edilən zülmlərlə bağlı müxtəlif faktların ortaya çıxması bu kəsimə qarşı hücumları müəyyən müddət səngidib. Millət vəkili Zahid Orucun baş verənlərlə bağlı maraqlı yanaşması var.

Z.Oruc “Şərq”ə bildirib ki, MTN-nin yüksək rütbəli nümayəndələrinin yol verdiyi əməllər, baş verən məlum hadisələr hökumət strukturlarında və cəmiyyətdə müəyyən tənqidlərin, narazılığın meydana gəlməsinə şərait yaratdı. Z.Oruc onu da vurğuladı ki, hazırda həbsə atılan, vəzifəsindən uzaqlaşdırılan MTN-çilər ciddi kompromatlara sahibdirlər: “Gizli informasiya daşıyıcıları olan, hətta kimlərinsə şəxsi həyat sirlərini bilən MTN-çilər müəyyən bir zəmində sahib olduqları məlumatları dövriyyəyə buraxa bilərlər. Bu da ölkədə insanların biri-biri ilə üzləşməsinə, qarşıdurmalara, kompromat müharibələrinə səbəb olar. Yəni Elşad Abdullayevlərin sayı artar. Belə olmasın deyə, bəzi məsələlərə həssas yanaşmaq lazımdır. Axı MTN bir səhiyyə qurumu deyil, ölkənin milli mənafelərini qoruyan çox mühüm məxfi xidmət orqanıdır. Ilk növbədə həmin vəzifəni həyata keçirən və gözəgörünməz cəbhənin təmsilçiləri elə addımlar atmalıdırlar ki, ölkə daxilində və xaricində MTN-ə qarşı formalaşmış bədbinliyi aradan qaldıra, qurumun əvvəlki etibarını geri qaytara bilsinlər”.

sulheddin-ekber

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, MTN əməkdaşlarının vətəndaşlara qarşı törətdikləri ilə bağlı və açıqlanan digər maraqlı faktlar göstərir ki, onların əsas işi məhz kompromat yığmaq olub: “Onlar dövlət məmurları, iş adamları, vətəndaşlar barəsində şəxsi məlumatlar toplayırlarmış. Bu addımlar qrup maraqlarına uyğun atılıb. Ona görə Zahid Orucun söylədikləri maraqlıdır. O həm millət vəkilidir, həm də hakimiyyətə yaxın adam kimi müəyyən informasiyası olmasaydı, belə açıqlama verməzdi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam