Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tutulan MTN-çilər xüsusi kameralarda saxlanır

 

Barələrində həbs qətimkan tədbiri seçilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıblar. 

"Xeberinfo.com":  Məlumata görə, tutulan 10-dək MTN əməkdaşı gecə təcridxanaya təslim edilib. 

Təcridxanada onlara ciddi şəkildə nəzarət olunur. Hətta rəhbərlik onlara nəzarət edilməsi üçün 30-dan çox "nadzor"u əlavə olaraq işə cəlb edib. Həmçinin, onlar üçün ayrıca xüsusi saxlanma kameraları ayrılıb. 

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi MTN-çilər haqda həbs qətimkan tədbiri seçdikdən sonra onlar Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında saxlanılırdılar. 

Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib.

Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərdən üç nəfərinin adı artıq məlumdur. Onlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir/aznews.az/.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam