Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə mafiyası azərbaycanlı iş adamını güllələdi-FOTOLAR

 

Türkiyədə azərbaycanlı iş adamı çayxanada güllələnib.

Yenixeber.org bildirir ki, hadisə Bursa şəhərinin Gürsu qəsəbəsində baş verib. Naməlum şəxslər motosikletlə gələrək, çayxanada azərbaycanlı iş adamını ayağından güllələyiblər.

Zərəçəkən polisə müraciətində onların “Daltonlar” adlanan cinayət qruplaşmasının üzvləri olduğunu deyib. Belə ki, qruplaşmanın üzvü iş adamına yaxınlaşaraq, “Can Daltonun salamı var” deyib və atəş açaraq, onu ayağından yaralayıb. Buna səbəb isə iş adamının başqa bir biznesmenə borclu olmasıdır. Borcu bir müddət gecikdiyi üçün həmin biznesmen adı çəkilən qruplaşmadan azərbaycanlıya “xəbərdarlıq” edilməsini istəyib.

Polisin Bursa, İstanbul, Muğla və Hatayda keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisə ilə bağlı 10 nəfər saxlanılıb. Məlum olub ki, cinayətkar qruplaşma üzvləri azərbaycanlının yaşadığı əraziyə əvvəlcədən kəşfiyyat üçün gəliblər. Bunun üçün onlar həmin ərazidə yaşayan şəxslərin köməyindən istifadə ediblər.

Məlumata görə, saxlanılanlar arasında “Daltonlar” qruplaşmasının rəhbəri B.A. da var. Onların hər biri barəsində həbs qətimkan tədbiri seçilib və təcridxanaya göndəriliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam