Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“MTN işi” ilə bağlı yeni ilginc təfərrüatlar

 

Akif Çovdarovun istixanaları möhürləndi; hakimiyyət arzuolunmaz məlumatların ictimailəşməməsi üçün hansı tədbirlər görüb?

Xeberinfo.com:   Azərbaycan hakimiyyəti “MTN işi” iləbağlı arzuolunmaz informasiyaların ictimailəşə biləcəyindən narahatdır. Ona görə də bunun qarşısını almaq bütün tədbirlər görülüb. “Azadlıq”a daxil olan məlumata görə, hətta “MTN işi” ilə bağlı həbs olunanların vəkilləri də xüsusi seçilir. Bildirilir ki, istintaq bəzi vəkillərin orderlərini qəbul etməyib. Həbs olunanlara isə özlərinə başqa vəkil tutmaq tapşırılıb. Adının çəkilməsini istəməyən vəkillərdən biri bildirib ki, ona hansı səbəbdən orderi qəbul etməkdiləri bildirilməyib. “Lakin məndə olan məlumata görə, bu işlə bağlı bəzi ifnormasiyaların yayılmasını istəmirlər”, – deyə vəkil vurğulayıb.

Akif Çovdarovun Masazırdakı istixanaları möhürləndi

covdarov1

MTN-in həbs olunan generalı Akif Çovdarovun Masazırdakı istixanalarının ümumi giriş qapısı möhürlənib və istixanaya giriş qadağan edilib. Moderator.az-ın məlumatına görə, yaxın günlərdə prokurorluq əməkdaşlarının istixanada geniş axtarış tədbirləri həyata keçirəcəyi gözlənilir.

Generalın Masazır istixanasındakı “həbsxanasında” işgəncəyə məruz qalan şəxslərin dəəyyənləşdirilərək dindiriləcəyi, onlardan A.Çovdarovla bağlı ifadələrin alınacağı gözlənilir.

Məlumat üçün qeyd edəki ki, A.Çovdarova məxsus olan və hektarlarla ərazini əhatəedən istixanalarda çoxsaylı insanların fiziki işgəncəyə məruz qaldığı ehtimal olunur.

MTN bəy məzarlığını niyə dağıdıb?

Bu il avqustun 8-də bizim qəsəbənin qəbiristanlığı dağıdılıb. Məzarlıq yerlə-yeksan olunub, ölülərin sümükləri çıxarılaraq çölə atılıb.

Bu sözləri şikayət məktubunda Qobustan rayonu Ceyrankeçməz qəsəbə sakinləri qeyd ediblər.

Müraciət müəllifləri – Müşfiqabad məscidi dini icmasının sədri Ilşad Süleymanov, Ceyrankeçməz qəsəbəsinin keçmiş sakinləri Cavad Rüstəmov, Gülbəs Məmmədova, Məhərrəm Məmmədov, Elxan Rüstəmov, Mərdan Rüstəmov və s. bu hadisənin araşdırılıb tədbir görülməsini tələb edirlər: “53 qəbir alt-üst edilib. Bu cinayəti 90 SE 067, 90 TO 883, 10 RE 666 dövlət nömrə nişanlı maşınlarla törədiblər.

Amma üç aydır heç bir tədbir görülməyib. Bu vəhşiliyi, cinayəti törədənlər, ölənlərimizin ruhunu təhqir edənlər həbs olunmur.

Onlar bizim köhnə qəbiristanlığımızda qızıl axtarırmışlar. Ona görə də rəhmətəgedənlərimizin qəbirlərini dağıdıblar. Bu insanlığa sığışmayan addımdır, mənliyi olmayan adamlar belə edə bilər”.

Şikayətçilər qeyd ediblər ki, məsələnin arxasında Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsi dayanır: “Özünü MTN-nin mayoru kimi təqdim edən Zamiq Hüseynov adlı şəxs bizi hədələdi, işin arxasında rəhbər işçilərin dayandığını bildirdi. Amma biz artıq avqustun 8-də DIN-in 102 qaynar xəttinə məlumat vermişdik və şikayətimizi də davam etdirdik. Qabustan polisi qısa müddətdə goreşənləri tapdı, çünki əlimizdə fakt vardı, qəbiristanlıq dağıdılan vaxt orda olan maşınların nömrəsi bilirdik.

Qobustan Rayon Polis Şöbəsi Zamiq Hüseynovu dərhal saxladı, izahatını da aldı, təəssüf ki, həbs etmədi”.

Kənd sakinlərinin sözlərinə görə, Zamiq Hüseynov bu işin arxasında MTN-nin Qobustan rayon şöbəsi sədrinin durduğunu bildirib: “Zamiq Hüseynovun sözündəhəqiqət olduğunu təsdiqləyən bir məqam var. Bu da ondan ibarətdir ki, qəbiristanlıq dağıdılanda orda olan maşınlardan biri MTN-nin Qobustan şöbəsinin rəhbəri Əfqan Məmmədova məxsusdur. Buna görə də biz Milli Təhlükəsizlik Nazirliyinə müraciət etdik. Şikayətimizə yalnız cənab general Mədət Quliyev MTN-nin rəhbəri təyin olunduqdan sonra reaksiya verildi. MTN-dəəlaqə saxladılar və bildirdilər ki, ən yaxın müddətdə general Mədət Quliyev bizi qəbul edəcək”.

Sakinlərin sözlərinə görə, Respublika Prokurorluğuna göndərilən müraciət araşdırılması üçün Qobustan Rayon Prokurorluğuna qaytarılır. Ancaq Qobustan prokurorluğunda işləbağlı dəfələrlə bizi qəbul etsələr də, heç bir tədbir görmür, əksinə, iddialarımızdan geri durmağı tələb edirlər: “Ona görə də Baş Prokurorluğa son müraciətimizdə bu işin Qobustan Prokurorluğundan alınıb, başqa rayon prokurorluğuna verilməsini xahiş etmişik”.

Məsələ ilə bağlı Qobustan Rayon Prokurorluğundan Axar.az-a bildirilib ki, bu barədəonlara müraciət daxil olmayıb. Halbuki əməkdaşımız sakinlərlə söhbət edərkən Qobustan prokurorunun müavini şikayətlə bağlı sakinləri növbəti dəfə prokurorluğa gəlmələri üçün telefon açmışdı.

Qobustan Rayon Polis Şöbəsindən isə deyilib ki, hadisə barədə araşdırma aparılır.

Ceyrankeçməz qəbiristanlığı Zal bəylərinin məzarlığıdır. Ötəəsrin ortalarında Ceyrankeçməzdən magistral yolun keçməsini əsas gətirən Sovet rəhbərliyi qəsəbəsakinlərinin təxminən 2 kilometr aralıda yerləşən Şıxzərli kəndinə köçürülməsi barədəqərar çıxarıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Ceyrankeçməərazisindəki torpaqlar yenidən sakinlərə paylanılıb.

Akif Çovdarov Elmar Hüseynovun izlənilməsinə başçılıq edib”

Haqqin.az” saytının rəhbəri, vaxtilə “Monitor” jurnalında Elmar Hüseynovla birlikdəçalışan Eynulla Fətullayev Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun həbs olunmasını nəzərdə tutaraq “Elmarın qatili qandallandı” deyib.

Həmin dövrdə Elmar Hüseynovun qətlini araşdırmaq məqsədilə yaradılan Ictimai Komissiya üzvlərindən olan Şahbaz Xuduoğlu Modern.az saytına açıqlamasında bunu təsdiq edib:

Elmarın qətlində Gürcüstan vətəndaşları iştirak etmişdi. Ehtimal var idi ki, həmin şəxslər Azərbaycana gətirilsin. Amma bu mümkün olmadı.

Biz də apardığımız araşdırmalar nəticəsində belə qənaətə gəlmişdik ki, Elmarın izlənməsinə Akif Çovdarov başçılıq edib. Amma nə qədər ki, istintaq bu barədə rəsmi fikir söyləmirdi, sübut etmək çətin idi”.

Şahbaz Xuduoğlu deyib ki, ilk gündən Elmarın qətlinə rəhbərlik edilməsində Akif Çovdarovun adı hallanırdı: “Bizim də ehtimallarımız var idi. Ola bilər ki, Elmarın qətli yenidən gündəmə gəlsin, istintaq təzələnsin və Çovdarov bununla bağlı dindirilsin. Bu mümkündür, amma bunu istintaq orqanı həyata keçirməlidir”.

Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında tapançadan atılan 7 atəş nəticəsində qətlə yetirilib.

2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etdiyini deyən Azərbaycan Daxili Işlər Nazirliyinin Cinayət-Axtarış Idarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

Hökumətdə Eldar Mahmudovun təsiri altına düşənlər var

Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra MTN-nin bir sıra yüksək rütbəli məmur-zabitləri dəmir barmaqlıqlar arasına yollanmalı oldu.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şefinin dövlət orqanlarında kök atmış şəbəkəsi Nazirlər Kabinetinin daha bir üzvünün – Əli Abbasovun rabitə və yüksək texnolgiyalar naziri vəzifəsindən getməsi ilə nəticələndi.

Qeyd edək ki, yerli mətbuat daha bir neçə nazirin “MTN” işinə görə çıxarılacağı barədəyazılar dərc edir.

Bəs hansısa nazirlikdə Eldar Mahmudovla əlaqələri olanlar hələ də qalırmı və işdən çıxarılmalar gözlənilirmi?

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc mövzu ilə bağlı Modern.az saytına danışıb.

Deputat öncəliklə dövlət başçısının hökumətin fəaliyyətinə qoyduğu tələbləri xatırladıb. O deyib ki, prezident nazirliklər qarşısında parlamentlə yaxşı əməkdaşlıq edilməsini, xalq qarşısında hesabat verilməsini, insanlardan gələn şikayətlərin araşdırılmasını tələb edir.

Zahid Orucun fikrincə, istənilən hökumət üzvləri arasında yaxşı əlaqələr olmalıdır. Lakin o, bunun qanuni tələbləri aşmamasının vacibliyini vurğulayıb: “Etiraf etmək lazımdır ki, bütün dünyada kəşfiyyat orqanları vahimə saçır və başqa qurumlarda mövqelərə yiyələnirlər. Məsələn, Səhiyyə Nazirliyi, sosial müdafiə sektoru ilə bağlı qurumlar məxfi servislər deyil, onlar aşkarda fəaliyyət göstərirlər. Amma xəfiyyəorqanları daha çox gizli cəbhənin meydanında olurlar. Bunların başlıca məqsədi, təkcəinternet resurslarına, telefon danışıqlarına nəzarət etməklə dövlətin və vətəndaşın mənafeyini qorumaqdan ibarət olmalıdır. Əgər kəşfiyyat əldə etdiyi informasiya kütləsini millətin mənafeyinə yönəltməyəcəksə, bundan vətəndaşların maraqlarına zərb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam