Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Akif Çovdarovun daha bir təcridxanası üzə çıxdı

Akif Çovdarovun daha bir təcridxanası üzə çıxdı
Hazırda həbsdə olan sabiq MTN generalı Akif Çovdarovun Abşeron rayonunun Masazır qəsəbəsində, istixana təsərrüfatında gizli təcridxana saxlaması, müxtəlif şəxsləri həmin təcridxanaya salaraq fiziki-mənəvi işgəncələrə məruz qoyması ilə bağlı ölkə KİV-lərdində kifayət qədər məlumat dərc edilib.

 

Xeberinfo.com:  Bugünlərdə Moderator.az-a MTN-nin ən qorxunc və hürküdücü generalı ilə bağlı şok informasiya daxil olub.
Etibarlı mənbədən daxil olan məlumata görə, A.Çovdarovun Zirə kəndində daha bir təcridxanası mövcuddur ki, bu təcridxana öz böyüklüyü və orada həyata keçirilən zorakılıqların miqyasına görə Masazırdakı təcridxananı kölgədə qoyur:
“A.Çovdarovun Zirə kənində iki böyük istixana təsərrüfatı mövcuddur ki, bunlardan biri 20 hektar, digəri isə 10 hektarlıq böyük bir ərazini əhatə edir. Bu istixana təsərrüfatları Zirədəki kabel zavodunun arxasında yerləşir. Sadəcə Azərbaycan miqyasında deyil, Avropa miqyasında ən modern istixanalardan sayılan bu təsərürfatların əsas özəlliyi burada müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirilməsi deyil. Bu təsərrüfatların ən böyük özəlliyi onların buradakı gizli təcridxana üçün kamuflaj rolunu oynamasıdır.
Belə ki, A.Çovdarova məxsus ən böyük təcridxana məhz Zirə kəndindəki bu parniklərin zizəmisində yerləşir. Hansı ki, sabiq MTN generalı illər uzunu bu zirzəmidən müxtəlif iş adamlarını cəzaya məruz qoymaq, onlara əzələ nümayiş etdirmək üçün istifadə edib, həmin zirzəmini nəhəng işgəncə ştabına çevirib. Burada Masazır təcridxanasında işgəncəyə məruz qalan insanların sayının bir neçə misli qədər şəxs zorakılığa məruz qalıb ki, bu da Masazır təcridxanasının Zirə təcridxanası ilə müqayisədə toy-bayram sayıla biləcəyini göstərir ”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam