Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs edildi -FOTO

 

Bir neçə gün əvvəl Bakının Xəzər rayonunda güllələnərək qətlə yetirilən biznesmenin qardaşı oğlu həbs olunub.

Yenixeber.org xəbər verir ki, avqustun 7-si axşam saatlarında Mərdəkandakı “Qazilər” çimərliyində 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin güllələndiyini eşidən qohumu C.Xudaverdiyev həmin yerə gedib.

1998-ci il təvəllüdlü oğlan əmisinin meyitinə yaxınlaşmaq istəyərkən polislər onu ərazidən uzaqlaşdırmaq istəyiblər. Lakin C.Xudaverdiyev müqavimət göstərib və ünvansız söyüşlər söyüb. Bundan sonra C.Xudaverdiyev saxlanılıb və barəsində Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib.

Xəzər Rayon Məhkəməsinin 10 avqust tarixli qərarı ilə ona 30 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, Amin Xudaverdiyevi qətlə yetirməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin atası ötən ilin noyabrında qətlə yetirilib. Belə ki, həmin vaxt Amin Xudaverdiyevin kiçik qardaşı Pərviz Xudaverdiyev silahla Ruhullanın atası Cavanşir Abdullayevi güllələyərək öldürüb. Polis tərəfindən saxlanılan və barəsində cinayət işi açılan P.Xudaverdiyevin istintaqı hazırda davam etdirilir. Bu qətlin də məhz qisas zəminində törədildiyi deyilir.

Amin Xudaverdiyevin biznes fəaliyyəti ilə məşğul olduğu, yaşadığı Mərdəkan qəsəbəsində və ətraf ərazilərdə nüfuz sahibi olduğu bildirilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam