Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"MTN işi" Əli Əsədovu da bitirəcək

 

Eldar Mahmudov Ramiz Mehdiyevə niyə düşmən kəsilmişdi?

Xeberinfo.com:   Prezident Administrasiya rəhbərinin müavini, prezidenti iqtisadi məsələlər üzrəköməkçisi Əli Əsədovun xanımı çalışdığı Azərbaycan Milli Elmlər Akademiyasının Iqtisadiyyat Institutundan çıxarılıb. Redaksiyamıza daxil olan məlumata görə, bu olay Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildikdən bir neçə gün sonra baş verib. Iddialara görəƏli Əsədovun xanımının işdən çıxarılması da “MTN işi” ilə bağlıdır. Məlumat üçün deyək ki, Əli Əsədov Eldar Mahumdovun yaxın qohumudur. Eldar Mahmudovun nazir təyin olunmasında da böyük rolu olub. Lakin “MTN işi” ilə əlaqədar artıq o da hədəfə gəlib.

Məlumata görəƏli Əsədov ölkə başçısının yanında etimadını hələ Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə itiribmiş. Qeyd edək ki, Bakının abadlıq-quruculuq işləri ƏliƏsədovun nəzarətində olub. Bu səbəbdəndir ki, Ilham Əliyev paytaxtda görülən abadlıq-quruculuq işlərilə tanış olarkən, yaxud açılış edərkən onu Bakının icra başçısı deyil, Əli Əsədov müşayiət edib.

Məlumatda bildirilir ki, artıq o, “vurulmuş” kadr sayılır. Bunun rəsmiləşdirilməsi gün məsələsidir.

Eldar Mahmudovun özü ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bildirilir ki, Eldar Mahmudovun iddiası o qədər böyük olub ki, o, zaman-zaman daxili işlər naziri Ramil Usubova, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə hücumlar edib. Keçmiş MTN şefinin xüsusilə Ramiz Mehdiyevlə münasibətləri gərgin olub. Bunun bir səbəbi Ramil Usubov faktoru olub. Mahmudov Usubova qarşı hücumlarında Ramiz Mehdiyevi maneə kimi görüb. Başqa bir səbəb isə PA rəhbərinin 2009-cu ilin dekabrında “Azərbaycan” qəzetində işıq üzü görə “Ictimai və humanitar elmlər: konteksindəbaxış” başlıqlı məqaləsi olub. Ramiz Mehdiyev Həmin məqalədə vaxtilə Eldar Mahmudovun atası Əhməd Mahmudovun hansısa kitabın nəşri ilə bağlı məsələyə görə mərhum HeydəƏliyevin qəzəbinə gəldiyini yazıb. Ramiz Mehdiyev ad çəkməsə də, bu məsələdən xəbərdar olanlar söhbətin kimdən getdiyini biliblər. Həmçinin Eldar Mahmudov da PA rəhbərinin məhz onun atasını nəzərdə tutduğunu bilib. Bu baxımdan keçmiş MTN şefinin göstərişilə yazı “yoxa” çıxarılıb. Bundan sonra Eldar Mahmudov ən müxtəlif məsələlərdə Ramiz Mehdiyevə davamlı hücumlar edib.

***

Bu arada MTN generalı Hilal Əsədovla bağlı Moderator.az-a maraqlı informasiya daxil olub. Mənbənin məlumatına görə, rəsmi olaraq “iş başında” olduğu iddia edilən Hilal Əsədov əslində məər ayağındadır: “Məlum olduğu kimi, bundan bir müddət öncə MTN generalı Hilal Əsədovun ”iş başında” olduğu ilə bağlı rəsmi məlumat verilmişdi. Həqiqətdə isə Hilal Əsədovun “iş başında” olduğu ilə bağlı verilən bu açıqlamanı yalnız qismən həqiqət kimi qəbul etmək olar. Belə ki, Hilal Əsədov əvvəllər olduğu kimi bu gün də həqiqətən MTN-ə gələrək öz kabinetində əyləşir. Lakin “MTN işi”ndən öncəki dönəmlərdən fərqli olaraq, Hilal Əsədov qurum daxilində heç bir faktiki səlahiyyətə sahib deyil. Hilal Əsədovun günərzində gördüyü yeganə “iş” MTN-də I müavin postunda əyləşən Mədət Quliyevə hesabat vermək, arxivdəki saysız-hesabsız əsassız sənədlərlə bağlı onun suallarını cavablandırmaq, iradlarını dinləməkdir. Hansı ki, bu sənədlər qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilməyib və onda həm forma, həm dəmahiyyət etibari ilə ciddi pozuntular mövcuddur”.

Mənbə Hilal Əsədovun xaricə çıxışının da yasaqlandığını bildirib. Bilgili qaynağın sözlərinə görə, HilalƏsədovun xaricə çıxışına yalnız “lazım gəldiyi təqdirdə”, “xüsusi mühafizəçilərin yaxın müşayiəti ilə” icazəvar ki, bu da MTN generalının faktiki olaraq fəxri əsir statusuna malik olduğunu göstərir. Başqa sözlədesək, H.Əsədovun bugünkü durumunu işinin başında olan generaldan daha çox, yol verdiyi nöqsanlara görə məər ayağına çəkilən müqəssir kimi dəyərləndirmək mövcud reallıq baxımından daha məntiqli görünür.

***

Aznews.az saytı isə məlumat yayıb ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir yaxın adamı həbs olunub. Məlumata görə, “Ağdamlı Dəmir” kimi tanınan məşhur avtomobil alverçisi Dəmir Abdullayev ötən həftə saxlanılıb. Bakının bir neçə mərkəzi yerlərində böyük avtomobil salonları (eləcə dəBadamdardakı 3 mərtəbəli “Avtomobil dünyası”nın sahibidir) olan “Ağdamlı Dəmir” nazir Eldar Mahmudovun şəriki olub. Məlumata görə, o, ölkədə ən bahalı avtomobillərin satışıyla məşğul imiş.

Onun həbsinə səbəb isə MTN-in iş adamlarına divan tutması prosesində, daha doğrusu, iş adamlarının şikayətlərində adı keçəəsas şəxslərdən biri olmasıdır. Araşdırma zamanı məlum olub ki, MTN-in toruna düşən adamların avtomobillərini məhz “Ağdamlı Dəmir” “əridirmiş”. Bəzi iş adamları onlardan tələb olunan məbləğləri düzəldə bilməyəndə özlərinin bahalı avtomobillərini təhvil verməyə məcbur olublar. Beləhal olduqda həmin şəxslər “Ağdamlı Dəmir”ə yönləndirilib. Bundan başqa həm də “Ağdamlı Dəmir” bahalı avtomobil alanlar, yəni növbəti hədəf ola biləcək şəxslər barədə MTN-ə məlumatlar ötürürmüş.

Qeyd olunur ki, “Ağdamlı Dəmir”in nazirlə çox yaxın münasibətləri olub. Elə bu münasibətlərə görə də, nazir onun oğlunun birinə MTN-də məsul vəzifə hədiyyə edib.

Ağdamlı Dəmir isə məlumatın əsassız olduğunu deyib. “Məni heç kim heç bir yerə sorğu-suala çağırmayıb, heç bir istintaqa cəlb olunmamışam. Hazırda da öz işimin başındayam”, – deyə “Report”a açıqlamasında bildirib.

Dəmir Abdullayev əlavə edib ki, bu xarakterli təsdiqlənməmiş məlumatlar onun şəxsi biznesinə xələl gətirəbilər: “Müxtəlif müştərilərim yanında olan etibarıma zərər vura bilər”.

O qeyd edib ki, Bakıdan yalnız bir neçə gün qabaq Gəncə şəhərində yas mərasimində iştirak etmək üçün ayrılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam