Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Kərəm Həsənov təşviş içində - "MTN işi"

 

Qərib Məmmədovun «vurulmasında» komitə sədrinə kimlər yardım edib?

Xeberinfo.com:   Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov “MTN işi”ndən ciddi şəkildə narahatdır. Bu barədə redaksiyamıza verilən məlumata görə, Kərəm Həsənovun Eldar Mahmudovla ciddi şəkildə işbirliyi olub.

Iddialara görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin əhəmiyyətli hissəsinin Əmlak Məsələri Dövlət Komitəsinə verilməsində də Eldar Mahmudovla onun yaxın qohumu, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun müstəsna xidməti olub. Xatırladaq ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxs olub. Bu komitənin ləğv edilməsi, yəni faktiki olaraq Qərib Məmmədovun sıradan çıxarılması Ramiz Mehdiyevin ölkədə olmadığı ərəfədə baş verib. Həmin vaxt administrasiya rəhbəri səhhətilə əlaqədar xaricdə olub. Ramiz Mehdiyevin ölkədə olmamasından istifadə edən Əli Əsədov və Eldar Mahmudov ölkə başçısını inandırıblar ki, Qərib Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsinin Kərəm Həsənova verilməsi məqsədəuyğundur. Onu da qeyd edək ki, Eldar Mahmudovla Əli Əsədovun Ramiz Mehdiyevlə münasibətləri gərgin olub. Kərəm Həsənov da Eldar Mahmudovun çətiri altına keçdikdən sonra Ramiz Mehdiyevlə hesablaşmırmış. Hətta onun Ramiz Mehdiyevin hansısa məsələ ilə bağlı xahişini yerinə yetirməkdən boyun qaçırdığı və administrasiya rəhbərinin qəzəbinə səbəb olduğu barədə məlumatlar var. Indi Kərəm Həsənov narahatdır ki, “MTN işi”nə görə onu da “vura” bilərlər.

Azadliq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam