Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
Günün xəbəri

Naxçıvanda yol qəzası olub -ÖLƏN VAR

 

Naxçıvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenixeber.org xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində qeydə alınıb. 67-BG-464 dövlət nömrə nişanlı "Daimler Chrysler" markalı avtomobil Koroğlu dairəsində piyada keçidindən istifadə edən Babək rayon, Şəkərabad kənd sakini, 1955-ci il təvəllüdlü Səfərov Hüseyn Yaqub oğlunu vurub. Müxtəlif bədən xəsarətləri alan zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən, Babək rayon Zeynəddin kənd sakini, 1973-cü il təvəllüdlü Nəbiyev Amil Məcnun oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam