Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Göyçayda çay evinin sahibi niyə öldürülüb? -FOTO

 

Dünən axşam saatlarında Göyçay şəhərində törədilmiş qətlin bəzi təfərrüatları üzə çıxıb.

Yenixeber.org-un məlumatına görə, saat 21 radələrində Göyçay şəhərində qətlə yetirilən 1979-cu il təvəllüdlü Rza Ağarza oğlu Əhmədov çay evi işlədirmiş.

Hadisəni törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mehdi Məmmədov isə həmin çay evinin müştərisi olub. Dünən gündüz saatlarında iaşə obyektində olarkən tərəflər arasında mübahisə yaranıb və M.Mehdiyev oranı tərk edib. Daha sonra 25 yaşlı oğlan həmin əraziyə gələrək Rza Əhmədovun obyekti bağlayaraq çıxmasını gözləyib.

O, R.Əhmədovun işdən çıxdığını görərkən bıçaqla hücum edib və ağır xəsarətlər yetirib. R.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

M.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. O, ilkin ifadəsində R.Əhmədovu işlətdiyi nalayiq sözə görə qətlə yetirdiyini deyib.(“Qafqazinfo”)

Araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam