Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SEÇKİ RƏZALƏTİ: Məntəqə sədrinin həyat yoldaşı jurnalistə hücum etdi

 

32 saylı 3-cü Seçki Dairəsinin 1 saylı məntəqəsində seçki qanun pozuntuları ilə müşayət olunub. 

Xeberinfo.com:   Cebhe.info əməkdaşının verdiyi məlumata görə, qanun pozuntuları günorta saat 12:30 radələrindən başlayıb. Seçki məntəqəsinə özünü təqdim etmədən daxil olan yaşlı xanım uzun müddət qalmaqal yaratmaqla məşğul olub. Yoxlanış zamanı xanımın şəxsiyyət vəsiqəsinə baxış keçirilib, naməlum səbəbdən xanımın vəqsiqəsi geri qaytarılıb. Nə baş verdiyini öyrənmək üçün müşahidəçi Rahib Hacıyev yetkliyə yaxınlaşaraq, xanımın vəsiqəsinin nə səbəbdən geri qaytarıldığını soruşub. Xanım "Mən müşahidəçiyəm, qeydiyyatdan keçməyə gedəcəkdim, siz mənə imkan vermədiniz, mənim əlimdən sənədimi aldınız" deyərək seçkinin gedişatına mane olmağa çalışıb. Namizəd Ehtiram Mehtiyevin vəkili və müşahidəçi Rahib Hacıyevin qanunsuzluğa göz yummaması xanımın təhqirlər yağdırmasına səbəb olub. Arada baş vermiş söz davası səbəbindən 32 saylı Suraxanı seçki dairəsində təxminən 20 dəqiqə müddətində seçki prosesi tamamilə pozulub. Kimisi vəsiqəni təqdim etmədən səcki dairəsinə daxil olub,bəziləri də barmağına rəng vurulmadan səs verib. Bu hal birmənalı olaraq müşahidəçilərin narazlığına səbəb olub. Özünü müşahidəçi adlandıran xanımın yersiz hərəkətindən dərhal sonra təndiqlər təhqirlərlə əvəzlənib, baş verən hadisə seçki məntəqəsinin müşahidə kameralarıyla qeydə alınıb.  Həmin məntəqədə daha bir insident məntəqə sədrinin ana dilimizə sayqısızlıq göstərməsi səbəbi ilə yaranıb. Məntəqə sədri Elmira Ələkbərovanın müşahidəçi ilə rus dilində danışması narazılığa səbəb olub. Məsələ aktlaşdırılıb, müşahidəçilər tərəfindən imza atılsa da məntəqə sədri aktı imzalamaqdan imtina edib.  Məntəqədə həmçinin bir nəfərin təkrarən səs verməsi faktı qeydə alınıb. Müşahidəçilərin diqqəti nəticəsində tanınan seçici məntəqədən qaçıb. Bu qanun pozuntusuna kəskin reaksiya verən müşahidəşi Xətamət Bünyatovaya söz hücumü təşkil edib. Elmira Ələkbərovanın həyat yoldaşı  hadisəni lentə almaq istəyən Cebhe.infonun əməkdaşı Rövşən Əsədovun hadisəni lentə almasının qarşısını alnam üçün zor tətbiq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam