Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Seçki müşahidəçisi saxtakarlığa görə özünü yandırmaq istədi– ŞOK

 

Dünən 30  saylı Suraxanı 1 Seçki Dairəsinin 76 saylı məktəbdə yerləşən 1 saylı məntəqəsi qarşısında intihara cəhd baş verib.

Xeberinfo.com:   Əldə etdiyimiz məlumata görə, İsmayılov Zakir adlı müşahidəçi özünü yandırmağa cəhd etsə də, bunun qarşısı alınıb.

Zakir İsmayılov 2003-cü ildə seçki məhbusu olub və uzun sürən məhkəmə proseslərindən sonra 4 il yarım şərti cəza alıb. Eləcə də oğlu Mahir İsmayılov seçki məhbusu olub və 2 il həbs cəzası alıb.

Azadlıq.info-ya açıqlama verən Z.İsmayılov öz təşəbbüsü ilə müşahidəçi olduğunu deyib. Onun sözlərinə görə, müşahidəni fasiləsiz aparıb və seçkidə 229 nəfərin iştirak etdiyini görüb. Lakin seçki bitəndən sonra 575 nəfərin gəldiyi göstərilib. Bundan əlavə, xeyli saxtakarlıqlar müşahidə edilib. Bunlara qarşı etirazını bildirən Z.İsmayılov hədələnib: “Polis çağırıb məni məntəqədən uzaqlaşdıracaqları ilə hədələdilər. Buna dözməyərək seçki məntəqəsinin qarşısında özümü yandırmağa cəhd etdim. Ordakı digər müşahidəçilər bunun qarşısını aldı”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam