Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Eldar Mahmudovun kəsdiyi başa sorğu-sual yox idi"

 

General-polkovnik Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi Azərbaycan cəmiyyətində böyük rezonans doğurub. Media bir neçə gündür bu mövzunu müzakirə etməkdədir.

Eldar Mahmudovun işdən çıxarılmasından sonra  Baş Prokurorluğun yaydığı açıqlamada bildirildi ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 7 yüksək rütbəli zabiti vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə həbs olunub. 

"Xeberinfo.com":   Məlumata görə, 1999-2006-cı illərdə maliyyə naziri işləmiş Əvəz Ələkbərov Modern.az saytına Eldar Mahmudovla bağlı sensasiya sayıla biləcək açıqlamalar verib. Eks-nazir deyib ki, vəzifəsindən getməsinin başında Eldar Mahmudov dayanıb.

“Mənim işimə cənab prezidentin heç vaxt iradı olmayıb. Bütün çıxışlarımda, yazılarımda, elmi əsərlərimdə  hər zaman demişəm ki, özümü bu komandanın  üzvü sayıram. Cənab prezidentin gördüyü işlərin, verdiyi qərarların, təyinatların hamısı ölçülüb biçilir və xalq tərəfindən yüksək səviyyədə qəbul edilir.

Cənab  prezident dəfələrlə məmurlara tapşırıqlar verib ki, camaatın içində olun, vətəndaşlarla ünsiyyət saxlayın, onları  incitməyin, onların problemlərini həll edin. Brökratlılığı, rüşvətxorluluğu yerə qoyun.

Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də dövlət orta sahibkara arxalanmalıdır.

Eldar Mahmudov nazir olandan sonra komandanın içində çaşqınlıq yaratdı. Camaatı bir-birinə vurdu. Öz maraqları çərçivəsində kimisə qabağa çəkdi,  kiməsə zərbə vurdu,  kimisə diz çökdürdü. O, hakimiyyətdə olduqca təsirli  idi.  Onun kəsdiyi başa sorğu-sual yox idi. Hamı ondan çəkinirdi. Çox hadisə olub. Hamısını deyə bilmərik axı. Sözü də deyəndə söz naminə yox, əsaslı demək lazımdır. Yeri gəlmişkən, Çingiz Abdullayevin yeni dedektiv romanlar yazması üçün mövzular var”.

Əvəz Ələkbərov bildirib ki, MTN daim dövlətin  ana sütünu olub, daim dövlətçiliyi yüksək səviyyədə həyata keçirib.

“Çox güman ki, bundan sonra da belə olacaq. MTN əməkdaşları xalqımıza dövlətimzə xidmət edəcəklər. Cənab prezidentin verdiyi göstərişləri  həyata keçirəcəklər.

Orda çoxlu tanıdığım və tanımadığım peşəkar insanlar var. Layiqli adamlar ora toplaşıb. Ona görə də o sistemi qaralamaq, ona başqa rəylər də vermək düzgün deyil. Millətimizin gələcək perspektivinin inkişafında da o orqanın rolu olacaq. Bir nəfər gəldi, müəyyən ambisiyalı, qərəzli formada  keçmiş dostlarını, qohumlarını öz ətrafına yığdı. Sonra da çıxdı getdi. Düşünürəm ki, bundan şou düzəltmək də doğru deyil. Hər kəs öz cəzasını almalıdır. Layiqli ilə layiqsiz tanınmalıdır. O zaman cəmiyyətimiz də daha tez saflaşar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam