Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nurçular həbs edildi

98807648c4cb1cd5840161174b472a04

 

Yasamal Rayon Məhkəməsində Azərbaycanda saxlanılan nurçuların cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Xeberinfo.com":   Məlumata görə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənovun hər biri 5 il, Rəvan Fərzəliyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Onların hər biri məhkəmə zalında həbs edilib. Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri iştirak etməyib.
Qeyd edək ki, ötən prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslərin məhkəmə zalında həbs olunmalarını və 2 ildən 6 ilədək azadlıqdan məhrum edilmələrini istəyib.
Hüquq-mühafizə orqanları 2013-cü ilin aprel ayında paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.
Saxlanılan şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst buraxılıb.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan onların barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Onlar Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirləndirilirlər.

 

APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam