Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Həbsdəki “nurçu”larla bağlı qərar dəyişdi

 

   Azərbaycanda saxlanılan üç “nurçu” barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. 

   “Xeberinfo.com": Məlumata görə, vəkil Nizami Abbasovun əldə etdiyimiz məlumata görə, Səbail rayon Məhkəməsində Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəkillərin verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək hər üç şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

    Qeyd edək ki, onlar Bakının Yasamal rayonunda keçirilən əməliyyat zamanı saxlanılıblar. Hər üç şəxs Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirli bilinirlər.

    Onu da qeyd edək ki, hüquq-mühafizə orqanları bu ilin aprelində paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərdən birində də axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.

    Saxlanılan şəxslərin böyük əksəriyyətinin izahatı alınıb və sərbəst buraxılıb.

     Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam