Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Məktəbli qızlara qarşı əxlaqsızlıq edən cəzalandırıldı

 

Bakı şəhər Nərimanov rayonu ərazisində orta məktəblərdən birinin yaxınlığında məktəbli qızlara qarşı əxlaqsız hərəkətlər edən şəxs məsuliyyətə cəlb edilib.

Yenixeber.org-un məlumata görə, barəsində Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılmış Füzuli rayon Dilağarda kənd sakini, 1981-ci il təvəllüdlü E. Səmədova (soyad şərtidir) hökm oxunub. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə ona 5 il həbs cəzası verilib.

Məhkəmədə bildirilib ki, E. Səmədov Nərimanov rayonu ərazisindəki məktəbin yaxınlığında iki məktəbliyə qarşı əxlaqsız hərəkətlər edib. Təqsirləndirilən şəxs bu ilin 16 yanvar tarixində saat 13 radələrində 2008-ci il təvəllüdlü məktəbli qıza yaxınlaşaraq onu çiyin nahiyələrindən qucaqlayaraq cinsi əlaqədə olmağı təklif edib. 15 yaşlı qız qaçaraq yaxınlıqdakı mağazaya daxil olub. Elə həmin gün o yenidən məktəbin yaxınlığına gedərək bu dəfə 2012-ci il təvəllüdlü qıza qarşı oxşar hərəkətlər edib.
Ətraflı

Hadisə barədə polisə məlumat daxil olduqdan sonra əməliyyat keçirilib və E.Səmədov Xırdalan şəhəri ərazisində dayısına məxsus sexdə yaxalanıb.

Araşdırmalar zamanı məlum olub ki, o, əvvəllər oğurluq əməlinə görə məhkum edilib və xeyli müddət həbsdə qaldıqdan sonra azadlığa çıxıb. Onun boşanması, lakin anada qalan övladlarına görə təyin edilmiş alimenti ödəməməsi də müəyyən edilib.(“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam