Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Beynəlxalq Banka etiraz: “Ya evimizi, ya da pulumuzu verin”

 

Tikintisi yarımçıq saxlanılan “7 Hills” yaşayış kompleksinin eyniadlı şirkətdən narazı olan müştəriləri bu gün yenidən Azərbaycan Beynəlxalq Bankının (ABB) baş ofisinin qarşısında toplaşıb.

"Xeberinfo.com":    Virtualaz.org saytının müxbiri hadisə yerindən xəbər verir ki, 20-ə yaxın müştəri ötən ay söz verildiyi halda hələ də onlara geri qaytarılmayan pullarını tələb ediblər.

Bundan öncə də - sentyabrın 16-da bankın qarşısında toplaşan müştərilərə pulların sentyabr ayı ərzində geri qaytarılacağına söz verilsə də vəd elə vəd olaraq qalıb. Bu da payçıların narahatlığına səbəb olub.

Narazı müştərilər virtualaz.org saytına açıqlamasında bildirib ki, ötən dəfə onların 7 nəfərlik nümayəndəsi ilə ABB rəhbərliyi arasında baş tutan görüşdən sonra hər birinə zəng gələcəyi bildirilib: “Həmin görüşdən sonra hər birimizə zəng gəldi və biz banka gəlib ərizə yazdıq. Bu ərizədən sonra bizə arayış verildi ki, Beynəlxalq Banka heç bir ödəniş öhdəliyimiz yoxdur. Yəni aylıq ödənişlərimiz dayandırıldı. Amma sentyabra qədər ödədiyimiz pullar hələ də geri qaytarılmayıb. Bu dəfə rəhbərliklə əvvəlcədən heç bir görüş razılaşdırmamışıq. Öz aramızda qərarlaşıb bura gəlmişik”.

Səhər saatlarından tədricən ABB-nin önünə toplaşmağa başlayan müştərilər bankın baş ofisinə daxil olub ABB-in rəhbərliyi ilə görüşdülər. Onları bankın baş direktoru Elmir Həbibullayev qəbul elədi.

Baş direktor müştərilərə bildirdi ki, onların indiki vəziyyətdə narahat olmağa əsası yoxdur, çünki problemin əsas hissəsi artıq həll olunub: “Biz “7 Hills”dən ipoteka krediti ilə ev alıb Beynəlxalq Banka aylıq ödəniş edən müştərilərin hər biri ilə danışıb onları baş ofisə dəvət etmişik. Onların 90 faizi ərizə yazıb və biz bu ərizə əsasında kredit ödənişini dondurmuşuq. Növbəti mərhələ isə pulların ödənilməsidir ki, bu da ən geci gələn həftənin 1-ci günündən reallaşdırılacaq. Sizin probleminizin əsas hissəsi öz həllini tapıb, ona görə də narahatlığa heç bir əsas yoxdur”.

Artıq bir neçə aydır ki, “7 Hills” şirkəti ilə problem yaşayan və əksəriyyəti ödədiyi ilkin ödənişi geri ala bilməyən müştərilər bank rəhbərliyi ilə uzun müzakirədən sonra sabahdan etibarən baş ofisə gəlib müvafiq sənədləri təqdim etməyə razılaşdı. Bundan sonra növbəti mərhələdə onların pulları verilməyə başlanacaq.

ABB-nin baş direktoru Elmir Həbibullayev müştərilərlə görüşdən sonra məsələnin hazırda nə yerdə olduğuna rəsmi aydınlıq gətirdi. O, virtualaz.org saytına açıqlamasında bildirdi ki, problem artıq öz həllini tapıb: ““7 Hills” müştərilərinin bank qarşısındakı öhdəlikləri bağlanıb. İndiyə qədər onların təxminən 90 faizinə bu barədə arayışlar verilib. Qalan müştərilər də bank qarşısındakı öhdəliklərinin bağlanması barədə arayış almaqdan ötrü istədikləri zaman müvafiq sənədlərlə banka müraciət edə bilərlər. Bu həftədən etibarən “7 Hills” müştərilərinin şirkətin hesabına ödədikləri ilkin ödənişlərin də qaytarılmasına başlanacaq. Bura ilkin ödənişlə yanaşı ödənmiş aylıq faizlər və komissiya haqları da daxildir”.

Bundan əvvəl müştərilərə ilkin ödənişlərin qaytarılması “7 Hills” MTK-ya həvalə olunsa da E.Həbibullayev əlavə etdi ki, ilkin ödənişlərin qaytarılmasında da müştərilərə kömək ediləcək: “Müştərilərin ödədiyi ilkin ödənişlər şirkətin hesabından ödənəcək. Bu prosesdə şirkət nümayəndəsi də iştirak edəcək”.

Xatırladaq ki, “7 Hills” şirkətinin “Globus Plaza”nın sahibi, keçmiş deputat və oliqarx, Beynəlxalq Banka yüz milyonlarla dollar kredit borcu olan Dünyamin Xəlilova və onun ortağı Xaqani Bəşirova məxsus olduğu barədə məlumatlar var.

Şirkət ötən ilin dekabrında Beynəlxalq Bankın ipoteka kreditləri hesabına Bakının mərkəzi hissəsində orijinal arxitekturaya malik yaşayış kompleksinin tikintisi layihəsini elan edib və geniş reklam kampaniyası başladaraq müştərilər cəlb edə bilib.

Lakin çox keçmədən Beynəlxalq Bank ətrafında məlum proseslər başlayıb və oliqarxlar dövlət bankının daha bir iri krediti hesabına öz biznes layihələrini başlaya bilməyiblər. Müştərilər isə tikinti işlərinin başlamamasından narahat olaraq şirkəti onları aldatmaqda günahlandırır və pullarını geri tələb edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam