Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyadan Beynəlxalq Banka ağır ittiham

 

 

 

 

 

 

 

 

  Bankın Moskva filialı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsində təqsirli bilinir

       "Xeberinfo.com": Rusiya Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankının Moskva filialını (“MBA-Moskva”) çirkli pulların yuyulması haqda qanunu pozmaqda ittiham edib.

       Bu barədə Rusiya Mərkəzi Bankının saytında yerləşdirilmiş materialda bildirilir. Məlumatı Rusiya Mərkəzi Bankının saytına istinadən AK&M agentliyi yayıb (virtualaz.org).

       Məlumatda bildirilir ki, Azərbaycan Beynəlxalq Bankının Moskva filialı cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozmaqda günahlandırılır.
    Bu qanun pozuntusuna görə bank inzibati məsuliyyətə cəlb edilib və ona rəsmi xəbərdarlıq olunub. Rusiya Mərkəzi Bankının müvafiq qərarı noyabrın 7-də qüvvəyə minib.Azərbaycan Beynəlxalq Bankının Moskva filialı 2001-ci ilin yanvarında yaradılıb. Onun nizamnamə kapitalı 2,11 milyard rubl təşkil edir. 

        Azərbaycan Beynəlxalq Bankı (ABB) “ABB-Moskva” bankının Rusiyanın Mərkəzi Bankı tərəfindən inzibati məsuliyyətə cəlb olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

       ABB mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumatda bildirilir ki, mütəmadi monitorinq zamanı Rusiya Mərkəzi Bankı tərəfindən Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə bankı olan “ABB-Moskva” bankının müştərisinin əməliyyatı barədə hesabatınÿgöndərilməsində gecikmə aşkarlanıb.

       “Bu pozuntu bankın fəaliyyəti müddətində ilk hal olduğundan qəsdən edilmədiyi və az əhəmiyyətli olduğu üçün, habelə pozuntunun törədilməsinə təsir edən səbəb və şərtlər aradan qaldırıldığına görə banka xəbərdarlıq edilib”,- deyə məlumatda bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam