Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Xəyalları gerçəkləşdirən” şirkət qapını bağlayıb qaçdı

 

Bakının Heydər Əliyev prospekti ilə Babək prospektinin arasında, Keşlə qəsəbəsindəki keçmiş beton zavodunun hektarlarla ərazisini alıb orada “7 Hills” (“7 təpə”) adlı eksklüziv yaşayış kompleksi inşa edəcəyini elan edən tikinti şirkəti qapılarını bağlayaraq yoxa çıxıb.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə virtualaz.org saytına dəbdəbəli layihənin müəllifi olan şirkətdən zərərçəkənlərdən biri bildirib.

“7 Hills” dəbdəbəli yaşayış kompleksinin tikintisi layihəsi ötən ilin dekabrında təqdim edilib və bu layihəyə dair geniş reklam kampaniyası başladılıb. Nəticədə şirkət hələ özülünü də qazmadığı yaşayış binalarından mənzilləri Beynəlxalq Bankın ipoteka kreditləri ilə satmağa başlayıb.

Çox keçmədən isə Beynəlxalq Bankda sədrin istefası, “kredit oliqarxları”nın həbsi ilə müşayiət olunan qalmaqal bir çox layihələr kimi “xəyalları gerçəkləşdirməyi” vəd edən “7 təpə”çilərin də vədlərini boşa çıxarıb.

Azərbaycan Beynəlxalq Bankı ilə ipoteka tərəfdaşlığı şəraitində həyata keçirilməli olan layihənin hələ başlamağa imkan tapmadan dayandırılması barədə virtualaz.org saytı bundan əvvəlki buraxılışlarında geniş bəhs etmişdi.

Şirkətdən mənzil almaq üçün pul ödəyən müştərilərdən biri az əvvəl “7 Hills Baku” şirkətinin facebook səhifəsində aşağıdakı qeydi paylaşıb: “Bu gün həmin “tikinti” şirkətinin “ofisində” oldum, bağlı idi. Bu dələduzlar bizim pullarımızı oğurladılar və aradan çıxdılar. Kimlər ki axmaqlıq edib onlardan mənzil alıblar, mənə yazsınlar. Yığışmaq və məhkəməyə müraciət etmək lazımdır. Bu, vətəndaşların xüsusilə iri məbləğdə pullarının mənimsənilməsinə dair cinayət işinin predmetidir”.

"7 Hills" yaşayış kompleksi belə olmalı idi

Virtualaz.org saytı bu məlumatla bağlı həmin şirkətdən mənzil almaq üçün pul ödəyənlərdən biri olan Samirə adlı xanımın telefon nömrəsini əldə edərək onunla əlaqə saxlayıb.

Zərərçəkən bildirib ki, o da bu gün - avqustun 20-də təxminən saat 12 radələrində “7 Hills” şirkətinin Bakıdakı “Globus Plaza”da yerləşən ofisinə gedib: “Bundan əvvəl şirkətin müştərilərlə əlaqə üzrə qaynar xəttinə və satış xidmətinə dəfələrlə zəng vurmuşduq. Oradan telefon zənglərimizə cavab verən qadın dedi ki, sənədlərinizi götürüb ofisə gəlin. Ancaq “Globus Plaza”ya çatanda mühafizəçilər bizi binaya buraxmadılar. Bildirdilər ki, ofis bağlıdır. Biz israr etdik, nəticədə mühafizəçi bizi yuxarı qaldırdı və ofisin doğrudan da bağlı olduğunu gördük. Şirkətin işçilərindən heç kim yox idi, qapını bağlayıb getmişdilər”.

Zərərçəkən deyib ki, ofisin qarşısında şirkətdən mənzil almaq üçün pul ödəyən daha bir neçə nəfər var idi və onlar pullarını geri qaytarmaq ümidi ilə getmişdilər.

Zərərçəkənlərin isə sayı çoxdur və onların da şirkətin artıq qapıları bağlı olan ofisinə üz tutacaqları gözlənilir.

Oliqarx-deputat Dünyamin Xəlilov

“Bu şirkət aylardır bizi müxtəlif vədlərlə və bəhanələrlə aldadırdı. Əvvəl dedilər ki, iyulun 22-də Beynəlxalq Banka yeni sədr təyin ediləcək və problem həll olunacaq. Bildirmişdilər ki, əgər avqustun 10-a qədər tikinti işləri başlamasa, müştərilər ofisə gəlib dərhal pullarını götürə bilərlər. Ayın 10-u gəlib çatdı, ancaq heç bir tikintidən söhbət getmir. Əvəzində onlar qapını bağlayıb qaçdılar”- deyə zərərçəkən bildirib.

Zərərçəkən deyir ki, o, “7 Hills” şirkətindən mənzil almaq üçün Beynəlxalq Bankdan 51 min manat ipoteka krediti götürüb. Bu pulun 20 min manatını ilkin ödəniş kimi şirkətə ödəyib. Fevral ayından bu yana isə hər ay banka 550 manat ödəyirdi.

“Müqavilə şərtlərinə baxanda görürük ki, Beynəlxalq Bank tikintiyə görə heç bir məsuliyyət daşımır, çünki bank pulları şirkətə verib. Bəs onlar bu pulları nə ediblər? Məsələ bundadır. Çünki tikinti üçün nəzərdə tutulan ərazidə heç bir iş görülməyib. Deməli, onlar bizim pullarımızı mənimsəyiblər”- deyə zərərçəkən bildirib.

Xatırladaq ki, “7 Hills”şirkətinin arxasında Beynəlxalq Bankdan yüz milyonlarla dollar götürüb qaytarmayan keçmiş deputat və oliqarx Dünyamin Xəlilovun dayandığı haqda məlumatlar var. Təsadüfi deyil ki, şirkətin ofisi də oliqarxa məxsus “Globus Plaza”da yerləşir.

Bu yaxınlarda Britaniyanın “Harvey Nichols” geyim mağazaları brendi “Globus Plaza” ilə françayzinq müqaviləsini dayandırdığını elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam