Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Sərhədlər açılarsa, Ermənistandan Azərbaycana qaçqın axını olacaq”

“Əgər Ermənistanla sərhədlər açılarsa, Azərbaycana qaçqın axını Avropaya qaçqın axını kimi olacaq”.

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri Bakıda mətbuat konfransı keçirən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan deyib. O bildirib  ki, ermənilər Azərbaycan və Bakı haqqında az məlumata malikdir: “Lakin yaşlı nəsil buranı yaxşı tanıyır. Onlar burada gəziblər, istirahət ediblər”.   

V. Martirosyan bir neçə il Azərbaycanda yaşayan, daha sonra Ermənistana qayıtdıqdan sonra Azərbaycan haqqında yanlış məlumatlar verən Gevorkyan ailəsi ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, bu, Milli Təhlükəsizlik Şurasının işdir: “Bakıda keçirilən Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gələn idmançılar üstlərində erməni bayrağı olan geyimlərlə Bakıda gəzirdilər. Lakin Ermənistana qayıtdıqda dedilər ki, qorxumuzdan çölə çıxa bilmirdik. Bütün bunlar Milli Təhlükəsizlik Şurasının əməlidir”.   

V. Martirosyan Azərbaycanda qalıb-qalmayacağının müzakirələrdən sonra bəlli olacağını deyib.   

Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.

APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam