Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

""Bakı-2015" həm iqtisadi, həm də siyasi baxımdan faydalıdır"

 

“Avropa Oyunlarını izləmək üçün Azərbaycana turist axını olacaq”

"Xeberinfo.com":  Məlumata görə, bunu Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı ekspert Vahid Əhmədov bildirib.

 

Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycan üçün siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. V.Əhmədov deyib ki, Avropa Oyunları inkişaf edən, sabit və tolerant ölkə kimi Azərbaycanın dünyada tanınmasına əlverişli fürsət yaradıb: “Bu oyunlar vasitəsilə Azərbaycanı dünyaya daha yaxşı tanıtmaq olar. Eyni zamanda da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyaya həqiqətləri çatdırmaq imkanı yaranıb. İqtisadi baxımdan da əlbəttə ki, böyük faydaları olacaq. Çünki Avropa Oyunlarında 50-yə yaxın dövlətdən 6 mindən çox idmançı iştirak edəcək. Bütün bu insanlar öz ölkələrində Azərbaycandakı inkişafdan, reallıqlardan söz açacaqlar. Təbii ki, bütün bunlar da Azərbaycanın tanınmasına xidmət edəcək. Bundan əlavə, Avropa Oyunlarını izləmək üçün Azərbaycana turist axını olacaq. Onlar Azərbaycanın gözəl guşələri ilə tanış olacaqlar, Azərbaycan mədəniyyəti, mətbəxi və tarixi ilə maraqlanacaqlar. Bunlar isə Azərbaycan üçün çox önəmlidir”.

 

Deputat qeyd edib ki, indi hər hansı xarici investor bir ölkəyə vəsait yatırmaq istəyirsə, ilk növbədə həmin ölkədə sabitliklə bağlı maraqlanır: “Yəni, öyrənirlər ki, görək sabitlik var və yaxud yox. Şükürlər olsun ki, Azərbaycanda sabitlik var və gələcəkdə bu stabilliyi daha da yüksəltmək mümkündür”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam