Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

8 güllə ilə öldürülən şəxs Nizami Piriyevin qaynının şəriki olub

 

Azərbaycan paytaxtında güllələnərək öldürülən şəxslə bağlı maraqlı faktlar məlum olub.

"Xeberinfo.com":   APA-nın əldə etdiyi məlumata görə, Nizami rayonu, Əzimzadə küçəsi 20 ünvanında tapançadan açılan atəş nəticəsində qətlə yetirilən Nadir İbrahimov “Butastone” şirkətinin təsisçilərindən biri olub. Mətbuatda dəfələrlə adıçəkilən şirkətdə baş verən özbaşınalıqlar barədə məlumatlar yayılıb.

Belə ki, həmin şirkətdə çalışan və əmək haqlarını ala bilməyən fəhlələrin bir neçə dəfə mətbuatda şikayəti dərc olunub. Bu problemlərə səbəb kimi isə şirkətin həmtəsisçiləri olan Namiq Əsədovla Nadir İbrahimovun arasında olan konflikt göstərilib.

Mətbuatda yayılan məlumatlarda həmçinin qeyd olunur ki, N. İbrahimovun şəriki Namiq Əsədov bir müddət əvvəl “Beynəlxalq Bank işi” ilə əlaqədar tutulan və daha sonra sərbəst buraxılan iş adamı Nizami Piriyevin qaynıdır. Namiq Əsədov işinin öhdəsindən gəlmədiyi üçün N. İbrahimovu baş direktor vəzifəsindən uzaqlaşdırıb və səlahiyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, avqustun 28-də saat 01.00 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Nadir İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Hadisəni münaqişə zəminində törədən həmyerlisi Rövşən Həsənov könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.

Qətlə yetirilən N.İbrahimov keçmiş polis işçisidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam