Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“İstisu” sanatoriyasının fəaliyyəti dayandırılıb

 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Salyan Ərazi İdarəsi tərəfindən Nefçala rayonunun Xıllı şəhər tipli qəsəbəsində “İstisu” Müalicəvi İstirahət Mərkəzində ciddi nöqsanlar aşkar edib.

 

"Xeberinfo.com":   Komitədən "APA-Economics”ə verilən məlumata görə, fiziki şəxs Həsənov Camal Saleh oğluna məxsus müəssisədə əhaliyə iaşə, mehmanxana və yod-bromlu sudan (İsti su) istifadə edilməklə müalicəvi xidmətlər göstərilir. Bu müəssisədə həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı məlum olub ki, müalicəvi xidmətlərin göstərilməsi üçün müəssisənin Səhiyyə Nazirliyi tərəfindən verilən lisenziyası yoxdur, müəssisəyə müalicə məqsədi ilə gələn şəxslərə kortəbii şəkildə xidmət göstərilir.


Belə ki, müəssisədə müalicəvi məqsədlər üçün müraciət edən şəxslərin müayinə olunması üçün həkim olmadığından xəstələr müayinə edilmədən vannalara verilən sudan istifadə edir ki, bu da onların həyatı və sağlamlıqları üçün təhlükədir. Müəssisədə müalicəvi isti su adı ilə istifadə edilən suyun kimyəvi tərkibini təsdiq edən sınaq protokolu və ya hər hansı bir rəy və vanna qəbul etmə qaydaları barədə hər hansı bir təlimat yoxdur. Vannalarda verilən suyun temperatur rejiminə nəzarət edilmir.

Müəssisənin iaşə xidmətləri göstərilən sahəsində də bir sıra ciddi nöqsanlar aşkar edilib. Belə ki, müəssisədə istehsal texnoloji təlimat və reseptura olmadan aparılır, məhsulların istehsalında istifadə olunan xammalın uyğunluq və gigiyenik sertifikatları yoxdur, məhsulların saxlanılması zamanı mal qonşuluğuna əməl olunmadan ət, süd məhsulları bir yerdə saxlanılır. Müəssisədə verilən qazan yeməkləri əvvəlcədən hazırlanaraq soyuducuda saxlanılır. İstismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib. Məhsulların sınaqlarının aparılması üçün müəssisədə laboratoriya mövcud deyil və hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqavilə və məhsulların sınaqları barədə protokollar yoxlamaya təqdim edilməyib.

Yoxlama nəticəsində müəssisədə xidmətlərin göstərilməsinin qadağan edilməsinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam