Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Cahangir Hacıyevin adı daha bir qalmaqalda

 

 

     Beynəlxalq Bankın şefinin “Sovetski” sakinlərinə bazar qiymətindən 2 dəfə ucuz mənzil təklif etməsi tikinti maqnatlarını qəzəbləndirib və ona qarşı sanksiyaların işə düşməsinə səbəb olub

   "Xeberinfo.com": İyulun 16-da barəsində cinayət işi açılan “Des Consulting” şirkətinin gerçək sahibi Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyevdir. Bankir tikinti biznesini böyütmək üçün evləri sökülən “Sovetski” sakinləri üçün “sosial layihə” ideyasını irəli sürüb.
Bu layihəyə əsasən, “Sovetski” sakinlərinə bazar qiymətindən 2 dəfə ucuz mənzillər təklif ediləcəkdi. Bundan qəzəblənən tikinti bazarının əsas oyunçuları isə onun şirkəti barəsində cinayət işinin açılmasına nail olublar. Bu barədə “Yeni Müsavat”a tikinti sektorundakı mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, C.Hacıyev tikinti biznesinə 2002-ci ildə başlayıb. Həmin il “Yeni Həyat” şirkətlər qrupunu təsis edib. Şirkətlər qrupu Bakının mərkəzində və mərkəzə yaxın ərazilərdə eyni adlı yaşayış massivləri inşa edib. Mənzil tikintisi bazarında oyunçular azaldıqca, şirkət bazarda mövqelərini gücləndirib. İndi artıq mənzil tikintisi bazarının əsas oyunçularından birinə çevrilmək istəyib və buna görə də “Sovetski” sakinləri üçün güzəştli şərtlərlə ev tikmək ideyasını nəzarətində olan “Des Consulting” şirkəti vasitəsi ilə ictimailəşdirib. Bunula da nəhəng dövlət sifarişlərini ələ keçirməyə çalışıb. Ancaq bu, tikinti bazarının aparıcı oyunçularının xoşuna gəlməyib və şirkət haqda cinayət işi açılmasına nail olmaqla onu zərərsizləşdiriblər.

Hazırda “Yeni Həyat” şirkətlər qrupu Bakıda nəhəng “Azure Park” yaşayış kompleksinin tikintisini həyata keçirir. Afiyəddin Cəlilov, 27A ünvanında inşa olunan 18 mərtəbəli yaşayış kompleksində 1,2,3,4 otaqlı mənzillər inşa edilir. Kompleksin 1-ci mərtəbəsində 5000 kv m sahəsi olan hipermarket, 2-ci mərtəbəsində 1500 nəfərlik 5 kinozal, həmçinin sakinlərin və qonaqların təhlükəsizliyi və rahatlığı üçün kinozallardan Azure Shopping Centre-ə yerüstü keçid nəzərdə tutulub. Kompleksdə 2 min avtomobil tutumu olan avtopark da istifadəyə veriləcək. Tikintini C.Hacıyevin idarəetməsində olan “Banktechnique” (keçmiş “Texnikabank”) maliyyələşdirir. Kompleksdən mənzil almaq istəyənlər də bu bankın ipoteka kreditlərindən faydalana bilərlər. Bu barədə bankın rəsmi saytında da məlumat verilib.

Şirkətlər qrupu buna qədər “Yeni HƏYAT Rezidense”, “Yeni HƏYAT Plaza”, “Azure Rezidense”, “Azure Plaza”, “Azure Shopping centre”, “Megafun” kimi nəhəng layihələr həyata keçirib. “Sovetski” sakinləri üçün nəzərdə tutulan kompleks isə nəhəngliyinə görə bu layihələri geridə qoymalı idi. Ancaq bankirin tikinti sektorunda belə sıçrayışları tikinti bazarının əsas oyunçularını qəzəbləndirib.

Ötən saylarımızda bildirmişdik ki, iyulun 16-da Baş Prokurorluq “Des Consulting” MMC-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlandığı barədə məlumat yayıb. Bu şirkət iyulun 15-də “Sovetski” sakinlərinin mənzil problemini həll etmək üçün 16 mərtəbəli, 810 mənzilli bina tikintisi layihəsi hazırladığı barədə cəmiyyətə məlumat vermişdi. Təmirsiz mənzilin bir kvadratmetri sakinlərə 380 manata təklif ediləcəkdi ki, bu da bazar qiymətindən ən azı 2 dəfə ucuzdur.
Cinayət işi bir gün sonra, iyulun 16-da Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanılıb. Prokurorluqla polis idarəsinin birgə məlumatında deyilir ki, vəzifəli şəxslər vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək istəyib. Şirkətin bu fəaliyyət növü ilə müvafiq lisenziya olmadan fəaliyyət göstərdiyi də müəyyən edilib.

Şirkət tikinti işlərini öz vəsaiti ilə həyata keçirəcəyini iddia etməyib. Bunun üçün tender yolu ilə hündür binalar tikməyə lisenziyası və partnyoru olan “Yeni Həyat” şirkətini cəlb edib. “Des Consulting”in vəzifəli şəxsləri ilk izahatlarını veriblər. İzahatlara əsasən, binanın tikilməsinin layihə qiyməti 17 milyon manat olub. Bir sözlə, C.Hacıyev ilkin mərhələdə “Yeni Həyat” şirkətini yox, başqa bir şirkətini qabağa verib. Görünür, bankir ideya ictimailəşəndən sonra gözlənilən hücumları proqnozlaşdıra bilib. Buna görə də ictimai rəydə tanınmayan başqa bir şirkətini önə çıxarıb ki, zərbələr “Yeni Həyat”dan yan keçsin.

“Yeni Müsavat”ı bilgiləndirən mənbənin sözlərinə görə, C.Hacıyev son dövlər biznes elitasının əsas fiqurlarından birinə çevrilib: “O həddə qədər ki, bankirin hazırda idarə etməsində 3 bank (Beynəlxalq Bank, ”Bank Of Azerbaijan” və “Banktechnique”), 3 futbol klubu (“İnter”, “Simurq” və “Bakı”) və çoxsaylı ASC-lər var. “Bank Of Azerbaijan” və “Bakı” klubunu o bu yaxınlarda “Baghlan Group” şirkətlər qrupunun sahibi, tanınmış iş adamı Hafiz Məmmədovun əlindən alaraq öz idarəetməsinə qatıb. Bunun ardınca onun tikinti sektorunda önə çıxmaq cəhdi biznes elitasındakı rəqiblərində qıcıq yaradıb və C.Hacıyevə qarşı sanksiyalara qərar verilib. Bu, ona edilən ilk xəbərdarlıqdır”.
Nəhəng söküntü işləri tikinti mafiyası üçün çox gəlirli bir sahədir. Söküntü nəticəsində köçürülən sakinlərin evlə təminatı mənzil bazarında tələbatı kəskin şəkildə artırır. Bu tendensiyadan tikinti mafiyası inşa etdiyi mənzilləri tez bir zamanda satmaq və külli miqdarda gəlir götürmək üçün faydalanırlar. Belə bir vaxtda C.Hacıyevin şirkətinin önə çıxması və mənzili bazar qiymətindən 2 dəfə ucuz təklif etməsi, təbii ki, tikinti mafiyasının maraqlarına sarsıdıcı zərbə vurmaq anlamına gəlirdi. Ona görə də tikinti mafiyası onu cəzalandırmaq qərarına gəlib.

Sonda onu da qeyd edək ki, “Sovetski” məhəlləsi indiyə qədər olan söküntü layihələri arasında ən nəhəngidir. Massivdən 11 minə yaxın ailənin – 50 min sakinin köçürülməsi nəzərdə tutulur. Bu da sakinlərin evlə təminatı məsələsinin çox gəlirli biznesə çevriləcəyini göstərir. Belə bir vaxtda C.Hacıyevin önə çıxaraq “bazarı öldürməsini”, təbii ki, tikinti bosları həzm edə bilməzdi və etmədi də. Mövzunu davam etdirəcəyik.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam