Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gürcüstan səfirliyi qarşısında etiraz aksiyası – Fotolar

 

Bu gün- avqustun 18-də Qarabağ Azadlıq Təşkilatı (QAT) Gürcüstanın Azərbayandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
"Xeberinfo.com":   Musavat.com xəbər verir ki, aksiya Gürcüstanda yaşayan soydaşımız Turqay Mikayılovun erməni sərhədçiləri tərəfindən tutularaq Ermənistana aparılması, həmçinin Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə qarşı Ermənistan tərəfindən müxtəlif təxribatların törədilməsi, bu ərazilərdə torpaqların zəbt edilməsinə etirazdır.
Qeyd edək ki, aksiyanın keçirilməsi üçün QAT bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərsə də, müraciətə cavab verilməyib. Müraciətdə bidirilirdi ki, aksiyada Qarabağ Azadlıq Təşkilatının 50 nəfər üzvünün iştirakı nəzərdə tutulur: “Aksiya iştirakçıları Gürcüstanın azərbaycanlılar yaşayan ərazilərində ermənilərin törətdikləri təxribatçı hərəkətlərin, azərbaycanlıların ermənilər tərəfindən müxtəlif təzyiq və qəsdlərə məruz qalmaları, onların tutularaq Ermənistana aparılması, orada saxlanılması hallarının qarşısının alınması üçün Gürcüstan hökumətindən tədbirlərin görülməsini tələb edəcəklər”.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam