Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Millət vəkili jurnalistin qətlindən danışdı

 

“Ağır hadisədir, hüququn yerinə fiziki güclə məsələni çözürlər. Bir statusa görə jurnalisti öldürmək, bir xoşa gəlməyən cavaba görə dostunu, qadını, ərini, yaxınlarını, çevrədəki insanları qətlə yetirməyin ənənəyə çevrildiyi bir cəmiyyətin gəlib çıxdığı real nəticədir".

 

"Xeberinfo.com":   Məlumata görə, millət vəkili Fazil Mustafa Facebook səhifəsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə münasibət bildirib.

 

Öldürülən jurnalistin yaxınlarına başsağlığı verən millət vəkili bildirib ki, bu hadisə ilə əlaqədar başqa bir neçə detala soyuqqanlı diqqət yetirməliyik: “Ölkəni xaricdə təmsil edən əksər futbolçular kimi, bu futbolçunun da təhsili və dünyagörüşü aşağıdı, bunu da yanlış jestlərlə, jurnalistlərin suallarına cavablarla biruzə verir. Kiprli jurnalist soruşur ki, niyə türk bayrağını qaldırdın, cavab verir ki, "türklər mənim dostumdur!" "Biz də türkük!" demək nə qədər ciddi hazırlıq tələb edir?

 

Mərhum jurnalistin peşə hazırlığı yetərli deyildi, birbaşa gənc futbolçunu əxlaqsız və tərbiyəsiz adlandırır, halbuki dilin imkanları yetərincədir ki, söyləmək istədiyi ən sərt fikri belə daha mədəni üslubda və dolayı formada ifadə etsin. Futbolçunun bu hadisəyə qarışan qohumlarının təəssübkeşlik duyğusu da insan həyatına sayğıdan xeyli yuxarıdadır.

 

Ən acınacaqlısı isə ədalətin məhkəmə yolu ilə bərpa olunmasına inamın gündəmdən çıxmasıdır və insanlar öz "qanunları ilə" bir-birini susdurmağa cəhd edirlər.

Unutmayaq ki, ötən aylarda bir müğənni də apardığı "razborka"nı rahatlıqla videoya qoymuşdu, məmur-sahibkar övladları yol polisi hansı səviyyədə təhqir etmişdi.

Hüquq ədalətli şəkildə insanlara toxunmayanda, insanlar bir-birinin hüququna bu kimi aqressiv formalarda toxunacaqlar. Yani hər kəs öz imtiyazı səviyyəsində hüququn üzərinə çıxanda hüququn beli bükülmüş qalacaqdır. Linç etməklə problem çözülmür, bundan sonrakıları tərbiyələndirmək və hər kəsin ən azı özünə hörmət qazanmaq səviyyəsində tərbiyə sahibi olmasına ehtiyac var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam