Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Jurnalisti əməliyyat edən həkim də cavab verməlidir"

 

Jurnalist Rasim Əliyevin əməliyyatını aparan həkim daşımış olduğu məsuliyyətinə görə, qanun qarşısında cavab verməlidir. 

"Xerberinfo.com":  Məlumata görə, bunu Trend-ə açıqlamasında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı deyib.
R.Əliyevin xəstəxanada verdiyi müsahibə zamanı normal vəziyyətdə olduğunu xatırladan deputat hesab edir ki, həkimlər daha peşəkar və diqqətli olsaydılar, mərhumu xilas etmək mümkün ola bilərdi:“Jurnalistin video-müsahibəsinə baxmışdım. O, çox sərbəst və səlis danışırdı. Onu ölüm gözləmirdi. Sonradan bəlli oldu ki, daxili qanaxma nəticəsində o dünyasını dəyişib. Etiraf etmək lazımdır ki, R.Əliyev ya ona baxan həkimlərin qeyri-peşəkarlığı, ya da diqqətsizliyindən həyatını itirdi. Həkimlər daha diqqətli olaraq, daha peşəkarlıq göstərərək onun həyatını xilas edə bilərdilər”.
Millət vəkilinin fikrincə, R.Əliyevin ölüm işi ilə bağlı aparılan istintaqda həkim məsuliyyətsizliyi diqqətdən kənarda qalmayacaq: “Yəqin ki, həkim məsuliyyətsilziyi ayrıca bir hal kimi istintaq materiallarına əlavə olunacaq və istintaq bu hallara aydınlıq gətirəcək. Təəssüf edirəm ki, həkimlərin diqqətsizliyindən baş verən ölüm halları zamanı onlar nadir hallarda məsuliyyətə cəlb olunurlar”.
Qeyd edək ki, avqustun 8-də “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edən jurnalist avqustun 9-da xəstəxanada dünyasını dəyişib. Döyülərək ağır bədən xəsarətləri aldığını deyən jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam